Tarixi saxtalaşdırmaq olmaz
Тарихдин геле аваз  |  11(316) 2017      
     Son zamanlar mətbuat səhi­fələrində tarixə və tarixi hadisələrə dair tarixi faktlara və mənbələrə söykənməyən, əsaslandırıl­mamış yazılara tez-tez rast gəlirik. Yasayış məntəqəsinin yerləşdiyi yeri dəqiq-dürüst bilməyən “qələm sahib­ləri” ortaliğa atılıb at oynadanda fikir­ləşirsən: axi bu yağışdan sonra çıxan göbələklərə oxşayan “tarixcilərin” istə­yi, məqsədi nədir?
     Bizə məlum olduğu kimi, tarix elmi dəqiqliyi sevir, faktlara əsaslanır. Uzun zamanlar toponimlərimizə, hid­ronimlərimizə, oykonim və oronimlərimizə bəslənilən ögey munasibət əsl tarixçiləri çətin vəziyyətə salmış, üzdəniraq tarixcilərə isə meydan sulamaga imkan yaratmışdır. Dedikləri­min doğru-dürüstlüyünü oz doğma kəndim olan Zindan-Muruğun timsalında sübut etməyə çalışacağam. Yaxşı bilirik ki, tari­xi özündə əks etdirən mənbələr rəsmi sənədlərdən sonra, xalqin dilində olan bayatılar, toxuduğu sumaq və xalçalar, tarixi abidələr, qazıntılar zamanı tapılan artefaktlardır. Kəndimizin adının nə vaxtdan Zindan-Muruq oldugunu bilən yoxdur. 
     Zaman-zaman bu kəndin adı Maruk, Maruq, Murux, Muruxъ olmuşdur. Bu ada “Zindan” sözünün nə vaxt və nədən ötrü əlavə edildiyi məlum de­yildir. Ona gorə ki, rayon ərazisində Muruq adlı daha bir kənd var. Heç kim Muruq toponiminin hansı məna verdiyini  deyə bilmir. 1902-ci ildə Zindan-Muruq kəndinin plan-xəritəsini çəkmiş yer quruluşçusu knyaz Vaçnadze kəndimizin adını Muruxъ kimi qeyd edib. Bəyəm knyaz o qədər savadsız idi ki, kəndin adını düzgün  qeyd etməsin? Bu azmış kimi bəzi “tarixçilər” kəndin adını Şindan-Muruq etməyə çalışır və onu Dağistan, Talışıstan ilə əlaqələndirirlər.
     Kəndin dəqiq hansı tarixdə salındığı haqqında dürüst məlumat olmasa da (bu məlumatlar XX əsrin 30-cu illərində bolşeviklər tərəfindən dini kitablar adı altında məhv edil­mişdir), qazıntılar zamanı üzə çıxan təkzibolunmaz artefaktlar bu yaşayış məntəqəsinin çoxdan movcud oldu­ğunu sübüt edir. Bunlara misal olaraq aşağıdakı tapıntıları göstərmək olar:
     1)  1960-ci ildə tapılmış tunc balta, nizə ucluğu və adlarını bilmədiyimiz bir neçə tunc əşya.
     2)  1995-ci ildə Aladaşın “Xan bulağı” ərazisindən tapılmış insan başına oxşayan heykəl-daş və meteoritlərə oxşayan müxtəlif fiqurlu daşlar.
     3) Kənd qəbiristanlığı ərazisində olan üstü muəmmalı naxışlı qəbir dası. 
     4) Aladaşın “Menaxür” bulağı ərazisində torpaq qazıntıları zamanı üzə çıxan və sonradan nədənsə üstü örtülən tarixi qəbiristanlıq. 
     5) 2012-ci ildə qazıntılar zamanı Aladaşın Bərək yoxuşu (Берекан хуш) ərazisindən tapılmış, üzərində alban heraldik nişanları olan dəbilqə ucluğunu xatırladan tunc əşyalar bu kəndin və digər yaşayış məntəqələrinin qədim tarixə malik olduğunu bir daha sübut edir.   
 
Ləzgi BƏHLUL,
Qusar rayonu Zindan-Muruq kənd orta məktəbinin müəllimi, şair

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я ЦIийи йис дидед чIалан йис хьурай! С 20-летием, “Оки”! Лезги фольклордин няни “Гьажи Давуд” ктабдикай веревирдер
Статьи из этой рубрики
РикIелай ракъурдач Винел акъудзавачир делилар Шабрандин тарих чирзава Генералдикай гьикI наиб хьанай? Tarixi ad bərpa olunmalıdır
ЦIИЙИ ТИЛИТ
№: 11(316)
декабрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ