Сavab aldıq, amma...
“Samur”un çıxışından sonra SOS!!!  |  10(315) 2017      
     Qəzetimizin 30 sentyabr 2017-ci il tarixli sayında dərc olunmuş “Əks nümunə” adlı məqalədə respublikamızın ləzgi dili öyrədilən ümumtəhsil məktəblərində “Ləzgi dili” fənninin dərs saatlarının azaldılıb, həftədə iki saatdan bir saata salındığını göstərmiş, Azərbaycan dövlətinin multikulturalizm və tole­rantlıq sahəsində bütün dünyaya nümunə göstərdiyi bir vaxtda Respublika Təhsil Nazirliyi tərəfindən belə bir addımın atılmasını əks numunə adlandırmışdıq. Məqalədə eyni zamanda ləzgi dilində dərsliklərin çap olunmadığını, kadrların hazırlanmadığını da qeyd etmişdik.
     Qəzetin çıxışından sonra Respublika Təhsil Nazirliyinin aparat rəhbəri səlahiyyətlərini icra edən Elnur Əliyevin imzası ilə 7 noyabr 2017-ci il tarixli, 
05-14-4439/16 nömrəli cavab məktubu aldıq. Nədənsə cavabda dərsliklər və kadr məsələlərinə ümumiyyətlə münasibət bildirilmir. Dərs saatlarına gəldikdə konkret sual vermişdik: “Niyə iki saat bir saata endirilib?” Nazirliyin cavab məktubunda sualımıza konkret cavab almadıq və onu yetərincə anlaya bilmədik. Ona görə də həmin məktubun mətnini olduğu kimi oxucularımıza çatdırırıq. Bəlkə onlar nəsə anladılar.
     “Ümumtəhsil məktəblərində tədris olunan “Ləzgi dili” fənninin dərs saatları barədə Təhsil Nazirliyinə daxil olmuş müraciətinizə baxılmışdır.
     Bildiyiniz kimi, 2017-2018-ci dərs ilində ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin tədris planlarında l-IX sinif­lərdə “Ləzgi dili” fənninin tədrisinə 1 (bir) saat vaxt ayrılmışdır. Bununla belə, “Tədris planlarına dair qeydlər”də göstə­rilmişdir ki, bütün azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumtəhsil məktəblərində valideynlər və təhsilalanlar arzu etdikləri halda, dərsdənkənar məşğələlərə ayrılan 1 (bir) saat dərs cədvəlinə daxil edilməklə onların ana dilinin tədrisinə verilə bilər. Beləliklə də “Ləzgi dili” fənninin həftədə 2 (iki) saat tədrisi öz qüvvəsində qalır. Aparılan dəyişiklik nəticəsində, əvvəlki illərdən fərqli olaraq, tədris dilinə ayrılan saatlar digər məktəblərdəki səviyyədə saxlanmışdır.
     Onu da bildiririk ki, yeni hazırlanmış “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin layi­həsində “Azsaylı xalqların dili” ayrıca fənn kimi qeyd edilmişdir.”
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Женгера фейи уьмуьр Дагъдин синел са хуьр алай Къефле кукIварай Абдуллагь Незабываемый вечер
Статьи из этой рубрики
Niyə əbədiləşdirilmir? Əks nümunə Квахьзава чи хуьрер... Öncə mənəviyyat Вири къарсурай вакъиа
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ