Azərbaycan tarixçiləri ləzgilər haqqında
Чакай кхьенай ...  |  9(314) 2017      
Məhəmmədhəsən Vəlili (Baharlı) Bakı gimnaziyasında oxuduqdan sonra təhsilini Kiyev universitetində davam etdirmiş,  Bakı Dövlət Universitetində dərs demiş, 1919-cu ildə Azərbaycan Dövlət Bankına rəhbərlik etmiş, Sovet dövründə Dövlət Plan Komitəsində çalışmış tanınmış iqtisadçı alim. Ləzgilər haqqında fikirləri onun 1921-ci ildə Bakıda nəşr edilmiş “Azərbaycan. Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” kitabından götürülmüşdür.
 
Ləzgilər... son zamanlarda xəzərlər tərəfindən və gigər türk tayfaları və iranlılar (farslar) tərəfindən sıxışdırılıb Qafqaziya dağlarına, yəni indiki Dağıstana çəkildilər. Ləzgi tayfaları burada müxtəlif millətlərin uzun müddət hakimiyyət sürməklərinə baxmayaraq, öz dillərini və əski xassələrini mühafizə edə bilmişdilər.
Təbiətin şəraiti mövcibincə, Qafqaziya dağlarında daimi sürətdə mütəfərriq halda bulunmağın nəticəsi bu oldu ki, ləzgilər müxtəlif dillərdə danışan çox tayfalara ayrıldılar.
...Udullulardan başqa, ləzgi­lərdən hapıtlılar, kürelərin bir qismi və avarlar da türkləşmişlər. Quba, Şamaxı və Zaqatala qəzalarının dağlıq-şimal hissələri əhalisinin bir qismi də türkləşmiş ləzgilərdən ibarətdir. Bunları da simalarından və işlətməkdə olduqları ləzgi söz­lərindən anlamaq olar.
 
Rəşid bəy İsmayılovtanınmış jurnalist, tarixçi və içtimai xadim. O, Azərbaycan Demokratik Respublikasının Nazirlər Şurasında məsul vəzifədə çalışmışdır. Ləzgilər haqqında fikirlərini özünün 1923-cü ildə işıq üzü görmüş “Azərbaycan tarixi” kitabında vermişdir.
 
Müxtəlif fatehlərin bir çox əsr­lərsürən hakimiyyətinə rəğmən ləzgilər Dağıstan dərələrində və təpələrində yaşayaraq, kendi lisanlarını, qədim sifət və xislətlərini hifz etməyə nail olmuşlar. Bir çox əsrlər dağlarda, daşlarda mərdüm giriz bir halda yaşayaraq ləzgilər pek çox qəbilələrə bölünüb, hər bir qəbilə məxsus bir lisana dara olmuşlar.
... Rusiya Qafqaza ayaq qoyar-qoymaz ləzgilər çar hökumətinə qarşı şuriş və üsyanda bulunurdular. Dağıstanlılara qarşı hökumət min dürlü zülm və təzyiqat yapırdı. Müstəmləkat siyasətinin icrası üçün hökümət ləzgilərin torpaqlarını zəbt edib, mühacirlərə verirdi. Təqribən 60 sənə çar hökumətilə ləzgilərin mübarizəsi davam etdi.
Ləzgilər Şeyx Şamili müqəddəs bir vücud və mürid tanıyaraq və ona səmimən itaət edərək muma ileyhin rəyasəti altında uzun bir müddət qəribə bir mətanətlə çar hökuməyilə vuruşuyordular.
Ləzgilərin daimi hücüm və təcavüzünü dəf üçün Baryatinski Dağıstanda çox qalalar və qaravulxanalar bina etmişdir.
 
Qəmərşah Cavadovtarixçı-etnoqraf və etnoloq. Tarix elmləri doktoru, professor Q.Cavadov 1992-1999-cu illərdə Azərbaycan EA Milli Munasibətlər İnstitutunun Azərbaycanda yaşayan azsaylı xalqların sosial-mədəni həyatı şöbəsinə rəhbərlik edib. “Udilər” monoqrafiyasının (tarix elmləri doktoru Rauf Hüseynovla müştərək), “Azərbaycanın azsaylı xalqları və milli azlıqları” kitabının və bir sıra digər kitabların müəllifidir.
 
VI-VII əsrlərdə Lakzın (ləzgi çarlığının - red.) stabil ərasizi və etnik mənzərəsi var idi. VII əsrdə ərəb xilafəti bütün Dağıstanı və Lakzı özünə tabe edib, onların üzərinə illik mükəlləfiyyət qoydu.
X əsrdən etibarən Lakz Samur, Qurah, Çirac cayları boyunda yerləşən böyük əraziləri əhatə edirdi ki, burada ləzgilərlə yanaşı ləzgi dil qrupuna mənsub olan ağullar, rutullar və saxurlar da məskunlaşırdılar. Həmin əsrdə sadalanan ərazilərin bir hissəsi Azərbaycan Şirvanşahları dövlətinin tabeçiliyinə keçdi. Şirvanşah Fəriburz 1074-cü ildə növbəti hücumu ilə Lakzın şərq və  qərb hissəsini də ələ keçirdi, daha sonra isə bütünlükdə Lakzı özünə tabe etdirdi. 1075-ci ildə bütün Lakz çarlığı Şirvanşahlara tabe edildi.
Bir sıra tədqiqatçılar bu fikirlədirlər ki, Şirvanın tarixi təkcə azərbaycanlıların tarixi deyil, eləcə də ləzgilərin, saxurların və avarların tarixidir. Doğrudur, X əsrdə Şirvanın Cənubi Dağıstanla əlaqələrində gərginlik mövcud idi. Lakin XI əsrin ikinci yarısında Şirvanşahların hakimiyyəti burada daha da artdı. Şirvanşahlar dövlətinin Cənubi Dağıstanla, başlıcası isə ləzgilərlə əlaqələri XIV-XVI əsrlərdə daha qüvvətləndi.

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Дагълар гъарикI я Чаз ихьтин ктабар кIанзава Niyə əbədiləşdirilmir? В поисках талантов
Статьи из этой рубрики
Яшайишдин маканар *** Ещё раз о «Лезгинке» О нас писали... Чакай кхьенай
ЦIИЙИ ТИЛИТ
№: 9(314)
октябрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ