Prezident təqaüdü verildi
Барка  |  9(314) 2017      
     Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru, texnika elmləri doktoru Kamal      Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
     Sərəncamda qeyd olunub:
    “Azərbaycanda təhsil sahə­sində uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamal Mixman oğlu Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.”
     Kamal Abdullayev 1936-cı ildə Qusar rayonunun Əcəxür kəndində anadan olub. 1961-ci ildə o, Azərbaycan Neft və Kimya İnstitutunu (ADNSU) bitirib. Professor K.Abdullayev 300-dən çox elmi əsərin, xarici ölkələrdə çap olunmuş 6 monoqrafiyanın, istilik energetikasına dair Azərbaycan dilində ilk dəfə çapdan çıxmış 10 dərsliyin, 20-dən çox elmi axtarışın müəllifidir.
     Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 2010-cu ildə alim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.
     Dünyanın bir neçə ölkəsinin Elmlər Akademiyasının üzvü seçilmiş Kamal Abdullayevin adı Amerikada çap olunmuş “XX əsrin məşhur alimləri” ensiklopediyasına düşüb. O, ABŞ-ın “Elmin açarı” mükafatı ilə təltif olunub.
     Energetikanın ekologiyası ilə bağlı axtarışlarına, kəşf və ixtiraları, tövsiyələrinə görə 2000-ci ildə Sankt-Peterburq Elmlər Akademiyasının M.V.Lomonosov adına mükafatına layiq görülüb. 60 nəfər elmlər namizədi, 5 nəfər elmlər doktoru yetişdirib.
    “Samur” qəzetinin kollektivi bu istedadlı və zəhmətkeş elm fədaisini təbrik edir, ona uzun ömür, can sağlığı və yeni elmi nailiyyətlər arzulayır.
 
“SAMUR”

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Дагълар гъарикI я Чаз ихьтин ктабар кIанзава Niyə əbədiləşdirilmir? В поисках талантов
Статьи из этой рубрики
Аваз хьурай "Лезги газет"! Cедакъет Керимова - 60 «Сувар»у скоро 20 лет Халкьдиз бахш авур уьмуьр Müəllimiİmə İthaf
ЦIИЙИ ТИЛИТ
№: 9(314)
октябрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ