Böyük alim anıldı
Чи сейлибур  |  9(314) 2017      
     Oktyabrın 21-də Qusar rayonu  ziyalılarının və elm adamlarının təşəbbüsü, rayon icra hakimiyyətinin təşkilatçılığı və bir sıra iş adamlarının dəstəyi ilə görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor  Kərim Abdulxaliq oğlu Kərimovun 100 illik yubileyi keçirilmişdir. Tədbir alimin doğma kəndi Hildə, onun adını daşıyan orta məktəbdə təntənəli şəkildə qeyd olunmuşdur.
     Tədbirdən əvvəl ziyalılar ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış heykəli önünə əklil qoymuşlar. Sonra onlar çiçək dəstələri ilə alımın məzarı üstünə gedib, onun unudulmaz xatirəsini anmışlar.
     Hil kəndində keçirilən təntənəli yığıncaqda rayon ictimaiyyətinin nümayəndələri, Hil kəndinin ziyalıları ilə yanaşı, Bakıdan gəlmiş görkəmli ziyalılar, elm xa­dim­ləri, Kərim müəllimin həmkarları və yetirmələri iştirak etmişlər. Tədbiri Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev açmışdır. “Bu gün biz haqlı olaraq Qusarla fəxr edə bilərik. Çünki Qusar nəinki Azərbaycanda, hətta  bütün dünyada alimlər yurdu kimi ad qazanıb. Hələ orta əsrlərdə bu bölgədən çıxan alimlər ərəb ölkələrində,    Türkiyədə və İranda tanınmışlar. Son illər qusarlı alimlərin sorağı Amerikadan, Fransadan, İngiltərədən, İspaniyadan, Yaponiyadan, Çindən və başqa ölkələrdən gəlir.      Təkcə son 50 il ərzində Qusardan 150-dən çox elmlər doktoru və 500-ə yaxın elmlər namizədi çıxmışdır. 20-dən çox alim dünyanın ayrı-ayrı elmlər akademiyalarının üzv­ləridir,” – deyən natiq elin bayramına çevrilmiş Kərim Kərimovun 100 illik yubileyi münasibətilə hamını təbrik etmiş, yubilyarın elmi fəaliyyəti, qazandığı böyük elmı uğurlar haqqında məlumat vermişdir.
     Texnika elmləri doktoru, əməkdar elm xadi­mi Kamal Abdullayev, fizika-riyaziy­yat elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Kamil Ay­da­zadə, Milli Məclisin deputatı Azər Badamov, fizika-riyaziyyat elmləri doktoru Əkbər Əliyev, “Samur” qəzetinin redaktoru, yazıçı-jurnalist Sədaqət Kərimova və başqaları çıxış edərək böyük alımın Azərbaycan və dünya elminə verdiyi töhfələr, onun insani keyfiyyətləri haqqında danışmışlar.
    Kərim Abulxaliq oğlu Kə­rimov 1917-ci ildə Azərbaycan Respublikası Qusar rayonunun Hil kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Döv­lət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fa­kül­təsinə daxil olmuş və 1941-ci ildə buranı, 1950-ci ildə isə Moskva Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1950-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA-nın) Riyaziyyat və Mexanika İnstitutunda elmi işlər aparmaqla bərabər o, eyni zamanda Azərbaycan EA-nın aspirantura şöbəsinə rəhbərlik etmişdir. 1959-cu ildən başlayaraq professor K.Kərimov Azər­baycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Dinamik möhkəmlik” laboratoriyasına rəhbərlik etmişdir. Laboratoriya materialların dinamik xassələrinin tədqiqi və tədqiqatlar üçün nəzəri əsaslar verilməsi ilə məşğul olmuşdur. Əvvəllər hər hansı eksperimental baza olmadığı üçün mexaniki laboratoriya yaradılmışdır. Burada materilların dinamik xassələrinin tədqiqi akademik X.A.Raxmatulinin və proffessor  K.A.Kərimovun elastik-plastik dalğalar nəzəriyyəsi əsasında aparılmışdır. Professor K.Kərimov tərəfindən işlənmiş ən müasir texnika ilə əlaqədar xüsusi təyinatlı elmi tədqiqatlar bütün dünya riyaziy­yatçilarına məlumdur. 1973-cü ildən başlayaraq K.Kərimov Ç.İldırım adina Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) “Tətbiqi və hesablama riyaziyyatı” kafedrasının yaradıcısı və rəhbəri olmuşdur. Professor K.Kərimov 100-dən artıq elmi əsərin müəllifidir. Onun yetişdirmələrindən 40 nəfər elmlər namizədi, 8 nəfər isə elmlər doktoru adına la­yiq görülmüşdür. Böyük alim Kərim Kərimov 1987-ci ildə vəfat etmişdir.
 
Ravil BABAYEV, 
“Qusar” qəzetinin əməkdaşı
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Дагълар гъарикI я Чаз ихьтин ктабар кIанзава Niyə əbədiləşdirilmir? В поисках талантов
Статьи из этой рубрики
Чи дамах Görkəmli alim Дагълар гъарикI я И словом можно вылечить Ханбиче Хаметова
ЦIИЙИ ТИЛИТ
№: 9(314)
октябрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ