Niyə əbədiləşdirilmir?
SOS!!!  |  9(314) 2017      
     Gələn il erməni daşnaklarının və bolşeviklərin Quba qəzasında törətdikləri soyqırımın 100 ili tamam olacaq. 1918-ci ildə Qubada baş vermiş hadisələr ilk dəfə olaraq ötən əsrin 90-ci illərində “Samur” qəzetində geniş  işıqlandırılmışdır. Yazıçı-jurnalist Müzəffər Məlikməmmədovun “Samur” qə­ze­­tin­də dərc olun­muş “Qanlı dərə” sərlövhəli silsilə məqalələri, 1998-ci ildə “Azərbaycan” qəzetinin bir neçə sayında işıq üzü görmüş “Quba faciəsi” tarixi oçerki, nəhayət, onun 2009-cu ildə çapdan çıxmış “Qanlı dərə” kitabı və respublika mətbuatındakı digər çıxışları Azərbaycan içtimaiy­yətinə erməni daşnaklarının vaxtilə Quba qəzasında törətdikləri qırğınlar barədə ətraflı məlumat almağa imkan vermişdir.
     Məlum olduğu kimi, 1918-ci ildə erməni-bolşevik qoşunları Quba qəzasında 162 kəndi dağıtmış, bunlardan 27-sini əhalisi ilə birlikdə yandırmış, 16 min nəfərdən çox müsəlmanı qətlə yetirmişdir. Həmin dövrdə qəzanın tanınmış şəxsiy­yətlərindən sayılan Qusarın Cağar kəndinin sakini Hatəm ağa, Kuzun kəndinin sakini Möhübəli əfəndi və qubalı Əli bəy Zizikski ləzgilərdən və azərbaycanlılardan ibarət silahlı dəstələr yaradaraq düşmənə güclü müqavimət göstərmişlər. 1918-ci ilin mayın 18-də onların birləşmiş dəstələri Dağıstandan köməyə gələn ləzgilərlə birlikdə Quba qəzasının Digah kəndi ətrafında, sonradan “Qanlı dərə” adlanan yerdə Amazaspın rəhbərlik etdiyi erməni-bolşevik qoşununu darmadağın etmişlər. Həmin döyüşlərdə 5 mindən çox əsgərini itirən düşmən geri çəkilərək, qaçmağa üz qoymuşdur. Bu hadisələrlə əlaqədar dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyev demişdir: “Qanlı dərə”də 1918-ci ildə qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb onları darmadağın etmişlər.”
     “Qanlı dərə”də baş vermiş hadisələrin çoxdan tarixi təsdiqini tapmasına baxmayaraq, indiyə kimi Quba rayo­nunun Digah kəndi  ətrafındakı bu ərazidə bir xatirə lövhəsi belə vurulmayıb. Burada xatirə kompleksinin yaradılmasının zəruriliyi barədə dəfələrlə “Azərbaycan” və “Samur” qəzetlərində məsələ qaldırılmasına, həm ayrı-ayrı müəlliflərin, həm də Digah kəndi əha­lisinin əlaqədər təşkilatlara müntəzəm müraciətlərinə baxmayaraq, indiyə kimi bu sahədə heç bir tədbir görülməyib. Hadi­sələrin 100 illiyinin qeyd olunmasına hazırlaşdığımız bir dövrdə bu məsələnin həlli son dərəcə vacibdir.
 
“SAMUR"
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Дагълар гъарикI я Чаз ихьтин ктабар кIанзава В поисках талантов Azərbaycan tarixçiləri ləzgilər haqqında
Статьи из этой рубрики
Əks nümunə Квахьзава чи хуьрер... Буьркьуьдаз экв кIанзава Cа халкьдиз кьве алфавит? Metodikadan kənar kitab
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ