Qarabağ salnaməçİlərİ ləzgİlər haqqında
Тарихдин геле аваз  |  8(313) 2017      
     Azərbaycanın XIX və XX əsr salnaməçilərindən Mirzə Camal, Mirzə Yusif Qarabaği, Mir Mehdi Xəzani, Rzaqulu bəy Mirzə Camal oğlu, Mirzə Rəhim Fəna, Baharlı, Həsən İxfa Əlizadə, Həsənəli Qaradaği, Mirzə Adığözəl bəy, Əhmədbəy Cavanşir və başqaları Qarabağ haqqında bir sıra tarixi, ədəbi-bədii, publisistik oçerklər yazmışlar. Onların əsərləri ayrı-ayrı vaxtlarda “Qarabağnamələr” (iki kitab) adı ilə çap olunmuşdur.
     Qarabağ salnaməçiləri yeri gəldikcə ləzgilər haqqında da maraqlı məlumatlar vermişlər. “Qarabağnamələr”in ikinci kitabına (Bakı, 1991) daxil edilmiş əsərlər də bunu sübut edir. Bəzi salnaməçilər türk, fars, ərəb dilləri ilə yanaşı ləzgi dilini də bilirdilər. 1855-ci ildə “Кавказ” qəzetində Mirzə Camalın “Qarabağ tarixi” əsərinin rus dilində tərcüməsini çap edən məşhur şərqşunas, Qafqaz Arxeoqrafiya Komissiyasının sədri Adolf Berje yazmışdı: “Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa avar və ləzgi dillərini də bilirdi.” (Bax: “Кавказ” qəzeti, 1855, N61).
     Аşağıda Qarabağ salnaməçilərinin ləzgilər haqqında verdikləri bəzi məlumatları diqqətə çatdırırıq.
     Mirzə Camalın “Qarabağ tarixi”ndəki “İbrahim xanın nizam-intizamı və hakimiyyəti zamanında olan qaydalar haqqında” fəslində deyilir:”... Qarabağ ellərindən tovcü pulu alınmazdı. Hərdənbir Dağıstandan ləzgi qoşunu gətirildikdə ləzgi qoşununun məvacibini ödəmək və ləzginin itmiş və ya ölmüş atının əvəzini vermək üçün ellərdən tovçu pulu, sursat, taxıl, qoyun və mal alınardı.”
     Mirzə Rəhim Fənanın “Tarixi – Cədidi – Qarabağ” əsərinin “Əxbar və həvadisati – mütəfərriqə” bölməsində yazılıb: “1199-cu ildə (1784) Qubalı Fətəli xan həm Qarabağ üzərinə qəravül qəsdi ilə gəlib və qarət edibdir. Avarlı Ümmə xan ki, o vaxt İbrahim xana qız verib, onunla həqqi-qərabəti var imiş, bu xəbəri eşidib İbrahim xan Fətəli xana müqabilət edə ya etməyə İbrahim xana havadar çıxmaq niyyəti ilə 3000 nəfər ləzgi qoşunu Qarabağa göndərər ki, əhyanən Fətəli xan bir də Qarabağa gəlsə, onunla müqabilət etsinlər. Bu qəsd ilə ləzgi qoşunu 3 ay Qarabağda oturub Fətəli xan gəlmədiyinə qayıdıblar Dağıstana.”
     Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi” əsərinin “İbrahim xanın hakimiy­yəti dövrü” bölməsində belə bir məlumat verilib: “... İbrahim Xəlil xan qonşu xanlarla dostluq və ittifaqda qohumluq və girov mübadiləsi üsullarından da istifadə edirdi... Zərurət zamanı ləzgilərdən ibarət cəsur əsgərlər qarabağlıların köməyinə gəlirdilər. Bir çox hallarda İbrahim Xəlil xan Car-Balakəndən ciddi hərbi yardım almışdı. O, dağıstanlıların köməyi ilə Qaradağ vilayətinə səfər etmiş və müqavimət göstərən Kürdəşti alt-üst etmişdi. Həmin döyüşdə İbrahim Xəlil xan Kürdəşt hakimi Mustafa xanı əsir etmişdi. İbrahim xanın Şahsevənə, Xoja, Naxçıvana, Gəncəyə və başqa vilayətlərə səfərlərində də Car-Balakən ləzgiləri iştirak edib şücaət göstərmişdilər.”
САМУР

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Əks nümunə Демер жеда Дагестан распахнул объятия Aladaşda şənlik
Статьи из этой рубрики
Генералдикай гьикI наиб хьанай? Къени крар авур хан РикIелай ракъурдач Bakıya köməyə gələn ləzgilər Винел акъудзавачир делилар
ЦIИЙИ ТИЛИТ
№: 8(324)
сентябрь, 2018

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ