Xalqa İthaf
ЦIийи ктабар  |  8(313) 2017      
     Bu yaxınlarda  Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəşri olan “Azsaylı xalqların folkloru” seriyasından III kitab işıq üzü görüb. Ləzgi folkloruna həsr olunmuş layihənin rəhbəri Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu, redaktoru Dağıstan Dövlət Universitetinin professoru Hacı Qaşarovdur. 
     Tanınmış qələm sahibi Sədaqət Kərimovanın gərgin axtarışlarının məhsulu olan “Mənim şair xalqım” adlanan bu kitab ləzgilərin zəngin şifahi xalq ədəbiyyatının geniş yayılmış janrlarından olan bayatılara həsr olun­muşdur. Bayatıların mövzular üzrə sistemləşdirilməsi, onların toplandığı coğrafi ərazinin genişliyi, onların Azərbaycan, Dağıstan, Türkiyə ləzgilərinin dilindən qələmə alınması, bayatı yaradıcılığı ilə məşğul olmuş el şairləri haqqında məlumatların verilməsi kitabı səciyyələndirən əsas cəhətlərdir. Müəllifin “Folklor muzeyi” adlandırdığı Qusarın ayrı-ayrı kəndlərində mövcud olmuş “bayatı məktəbləri” haqqında verdiyi məlumatlar böyük maraq doğurur.
     Ləzgi xalqının şifahi xalq yaradıcılığına böyük məhəbbətdən yaranmış kitabın 300 səhifəsi ləzgi dilində, 100 səhifəsi Azərbaycan dilində qələmə alınmışdır. Kitabın dəyərini artıran cəhətlərdən biri müəllifin Azərbaycan dilinə bədii tərcümə etdiyi 420 ləzgi bayatısının da buraya daxil edilməsidir. Ləzgi folklorşünaslığına töhfə olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur
САМУР

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Əks nümunə Демер жеда Дагестан распахнул объятия Aladaşda şənlik
Статьи из этой рубрики
ЧIехи алимдиз гуьмбет Чаз ихьтин ктабар кIанзава Большой вклад в историю Aялриз хвеши жеда “Гьажи Давуд” ктабдикай веревирдер
ЦIИЙИ ТИЛИТ
№: 11(316)
декабрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ