Əks nümunə
SOS!!!  |  8(313) 2017      
     Azərbaycan dövlətinin multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunə göstərdiyi bir vaxt­da Respublika Təhsil Nazirliyi əks nümunə göstərib. Orta məktəblərdə “Ləzgi dili” fənninin dərs saatlarını azaldıb, həftədə iki saatdan bir saata salıb. Niyə? Məgər nazirlik respublikamızda yaşayan müxtəlif xalqların dillərini, mədəniyyətini, adət-ənənələrini inkişaf etdirməsinə dövlətimizin xüsusi önəm verdiyini bilmir? Bilir.  Amma... 
     Əmması budur ki, nazirlik milli dillərdə dərslərin keçilməsi ilə bağlı illərlə yığılıb qalmış problemləri həll etmək əvəzinə bu yolu seçib. Əks təqdirdə son 40 ildə respublikamızda ləzgi dilində cəmi 2 dərsliyin nəşr edildiyini, əksər məktəblərdə hər sinifə iki-üç kitabın düşdüyünü, kadrların çatışmadığını nəzərə alıb, dərsliklərin nəşri, ləzgi dili müəllimlərinin hazırlanması qayğısına qalmalı olardı. 
     Dərs saatlarının azaldılması ilə əlaqədar Quba, Qusar, Xaçmaz, Qəbələ və İsmayıllı rayonlarından onlarca oxucu redaksiyamıza müraciət edib. Onlar soruşurlar: “Həftədə bir saat dərs keçməklə hansı dili öyrənmək olar? Niyə belə qanunsuz­luğa yol verilir? Respublikamızın köklü xalqlarından olan ləzgilərin dilinə niyə ögey münasibət bəslənilir?”
    İnanırıq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən bu suallara tezliklə cavab veriləcək. 
 
"SAMUR” Ləzgi Milli Mərkəzi
"SAMUR” qəzeti redaksiyası
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Демер жеда Дагестан распахнул объятия Aladaşda şənlik Чахъ гьихьтин тIварар авай?
Статьи из этой рубрики
Буьркьуьдаз экв кIанзава Фадлай хьана кIанзавайди тир Мад са телеканал Террордиз ваъ! Вири къарсурай вакъиа
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ