Ləzgi ulduzu
Лезгияр вирина  |  7(312) 2017      
     Türkiyədə ləzgi xalqının adət-ənənələrinin, mədəniyyətinin təbliği ilə məşğul olan Balıkesir “Dağıstan” dərnəyinin avqustun 6-da Balıkesir vilayətinin Kirne (təzə adı Ortaca) kəndində təşkil etdiyi bayram şənliyi bu dəfə bir başqa təntənə ilə yaddaşlarda qaldı. “Ləzgi ulduzu” adlandırılan həmin bayramda Bursa, İzmir, Balıkesir şəhərlərindən gəlmiş çox sayda insanlar  əsl bayram əhval-ruhiyyəsi yaşadılar.  Ötən illərdə bu kənddə keçirilən “Xeyir” məclislərindən fərqli olaraq bu dəfə ilk dəfə açıq havada “Lezgi Yıldızı” Qafqaz Rəqs Ansamblının üzvləri ləzgi xalq havalarının ruha dad verən şirin sədaları altında öz məharətlərini  tamaşaçılara nü­mayiş etdirdilər. Onlara həmin rəqsləri öyrədən Emrah Şen və Sinan Aşır 7-15 yaşlı rəqqaslarla bərabər meydanda görünəndə alqış sədaları ətrafı bürüdü.
     Dərnəyin fəal üzvlərindən olan Osman Göçmezin təşəbbüsü və rəhbərliyi altında reallaşan yeniliyi hamı alqışladı. Tədbirdə dərnəyin Balıkesir bölməsinin yeni rəhbəri Yaşar Taşkın, əvvəllki rəhbəri Niyazi Şalık, kənd muxtarı Kamil Kaça və diğərləri iştirak etdilər.
Çərkəzlərin “Trikana” ansamb­lı da adigey və abxaz mahnıları ilə şənliyə rəng qatdı. Onlar Mehmet Aydemirin rəhbərliyi altında maraqlı musiqi nömrələri ilə ləzgi xalqına olan məhəbbətlərini nümayiş etdirdilər.
    Sonra bir sıra maraqlı idman yarışları, müsabiqələr keçirildi.  Birincilik qazananlara hədiyyələr verildi. Bursa “Dağıstan” dərnəyinin rəhbərləri Yaşar Sabri Dönder və  Ramazan Kor, diğər tanınmış şəxslər qədim ləzgi xalçalarının yaraşığı sayilan  ləzgi ulduzu həkk olunaraq toxunmuş xalçanın ətrafına toplaşıb xatirə şəkli çəkdirdilər. Səhər saat 10-da başlanan təntənə  gecəyə kimi davam etdi. 
 
Abdulla QUBALI,
Türkiyə, İzmir
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я ЧIал гъиляй физва Къелемдив женг чIугвазвай зари Винел акъудзавачир делилар Жуванбурун къайгъуда
Статьи из этой рубрики
Елабугадин дамах Лезгинская книга на международной выставке Камарванви тават Перизада, гьай гуьзел яр МискIин хкажна
ЦIИЙИ ТИЛИТ
№: 7(312)
август, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ