Чир-течир | 6(311) 2017

· Övladlarınızı sevib,onlara məhəbbət bəsləyin. Hər vaxt onlara vədə versəniz, ona əməl edin. Çünki övladların dərki budur ki, valideyinləri onların ruzi verənidirlər.
· Övladlarınızı öpün! Çünki övladlarınızı öpməyin müqabilində, Allah-təala elə bir məqam vermişdir ki, hər dərəcə arasında beş yüz il fasilə vardır.
· Övladı öpmək rəhmətdir. Qadını öpmək şəhvətdir. Ata-ananı öpmək ibadətdir.
· Ən pis atalar onlardır ki, övladlarına məhəbbət göstərməkdə həddi aşıb, ifrata varırlar! Ən pis övlad onlardır ki, vəzifələrini yerinə yetirməkdə səhlənkarlıqları ilə atanı özlərindən narazı salırlar.
· Ən yaxşı övladlarınız qızlarınızdır. Onların ruzisi allahladır.
· Ən pis ruhi halət özünü bəyənmək və özündən razı olmaqdır.
· Qızlar ehsan, oğlanlar isə nemətdirlər. Ehsana mükafat və savab veriləcək. Nemət barəsində insandan sorğu-sual olunacaq.
· Hər kimin bir qızı olsa, Allah onun ata-anasını atəşdən hifz edər. Hər kimin iki qızı olsa, Аllah onlarla valideyinlərini behiştə salar. Hər kimin üç qızı və ya üç bacısı olsa, Аllah ondan cihad və sədəqə əmrini götürər.
· Qızlar, oğlanlardan üstün tutulmalıdır. Çünki, hər kim qızını sevindirsə, sanki İslam övladlarından olan bir köləni azad etmişdir.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий