Xəlifənin nəsihəti
Yaxud dərbəndlə bağlı bir həqiqət Тарихдин геле аваз  |  3(308) 2017      
     Dərbəndin orta əsrləri əhatə edən tarixi ilə bağlı həm “Dərbəndnamə”də, həm də ərəb tarixçilərinin əsərlərində xeyli məlumatların verilməsinə baxmayaraq, həmin dövrlərə aid qədim yazılar, yeni faktlar üzə çıxmaqda davam edir. Ərəb müəlliflərinin yazdıqlarına görə xəlifələr Dərbəndə daha çox fikir verirdilər. Çünki şəhər strateji cəhətdən və ticarət baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Hələ 736-cı ildə Xəlifə Hişam tərəfindən buraya Əsəd ibn Zafirin başçılığı ilə 400 əmir göndərilmişdi.     Həmin əmirlər Dərbənddə azad şəhərə oxşar bir idarə orqanı qurmuşdular. Belə idarəetməyə əsasən Dərbəndin rəislər rəi­sinə əmr edilmişdi ki, şəhərin mühafizəsinə, təmizliyinə və qayda-qanuna riayət etsin. “Dərbəndnamə”də yazıldığı kimi, hakim buranın əhalisindən xəraç, üşr və paltar vergisi ala bilməzdi. Zülmlə əhalini sıxışdıran hakim dərhal vəzifəsindən azad edilirdi.
     Dərbənd xəlifə Harun ər-Rəşidin hakimiyyəti dövründə daha yüksək azad şəhər statusu daşımış və çox inkişaf etmişdi. “Dərbəndnamə”də yazıldığına görə Harun ər-Rəşid bu şəhərdə olmuş, onun tərəqqisi üçün çox iş görmüşdü. Bu tari­xi mənbədə göstərilir ki, Harun ər-Rəşid Dərbənddə olanda “əmr etdi ki, Rubas çayından bir neçə kanal çəkilsin, nəticədə su şəhərin ətrafına gəldi. O, dəyirmanlar tikdirdi, əmr etdi ki, çoxlu bağ və bostanlar salınsın. Kanalların təmirindən ötrü vəsait bağların və əkinlərin gəlirindən ayrılsın. O dedi ki, Dərbənd əhalisi dəyirmanlardan istifadəyə görə vergi verməsin. Təmir üçün xərclər bağların və əkinlərin gəlirindən ayrılsın. Hər məhəllədə anbarlar və məscidlər tikdirdi. Dərbənd abadlaşdı. Harun ər-Rəşid Dərbəndə gələndə şəhərin sakinlərini yığıb nəsihət verdi və geri qayıtdı”. Bu barədə     Dağıstan alimləri A.R.Şixsaidovun, T.M.Aytberovun və Q.M.-R.Orazayevin 1993-cü ildə Moskvada rus dilində çap etdirdikləri “Dağıstanın tarixi əsərləri” kitabında ətraf­lı məlumat verilib.
     Yenə həmin tarixçilərin yazdıqlarına görə Harun ər-Rəşid 803-cü ildə Hafiz ibn Öməri Dərbənd hakimi təyin edərək ona belə nəsihət verdi: “Allahdan qorx və ədalətli ol... Məsləhətləşməmiş heç bir iş görmə. Divanxana, süvari qoşuna rəhbərlik etmək, həmçinin idarəetmə sənin ixtiyarındadır... Əgər sən xəyanət etsən və yaxud kafirlərə meyl göstərsən, müqəddəs müharibəyə laqeyd münasibət bəsləsən, qəddar hökmdar olsan Dərbənd əhalisinə icazə vermişəm ki, səni devirsin”.
     Tarixi mənbələr və ərəb tarixçiləri Harun ər-Rəşidin Dərbənddə olması faktını təsdiqləmir. Lakin həqiqət odur ki, onun hakimiyyəti dövründə şəhər olduqca tərəqqi edir və Şərqin ən zəngin və ucuz yaşayış məskənlərindən birinə çevrilir. Şəhər ətrafında tapılmış yeni kitabə də Harun ər-Rəşidin Dərbəndə xüsusi qay­ğısını təsdiq edir. Həmin kitabə haqqında məşhur ləzgi alimi, tarix elmləri doktoru, professor, Rusiya Federasiyasının və Dağıstan Respublikasının əməkdar elm xadimi Amri Şixsaidov özünün 2008-ci ildə Mahaçqalada rus dilində çap etdir­diyi “Orta əsrlər Dağıstanının tarixinə, məxəzşünaslığına, arxeoqrafiyasına dair oçerklər” kitabında məlumat vermişdir. Kitabədə göstərildiyi kimi, Harun ər-Rəşidin Dərbəndə hakim təyin etdiyi Huzaym ibn Hazim ət-Təmimi 789-790-cı illərdə Dərbəndin dağılmış divarlarını yenidən bərpa etmiş, buraya su xətti çəkdirmiş, müxtəlif yerlərdə körpülər tikdirmiş, şəhəri abadlaşdırmış, onu bəzəmişdir. Beləliklə, yeni kitabənin tapılması ilə bir həqiqət - xəlifə Harun-ər-Rəşidin dövründə Dərbəndin son dərəcə inkişaf etməsi faktı rəsmi təsdiqini tapmışdır.
 
Tamilla BƏKƏROVA,
Dağıstan Respublikasının
Dərbənd şəhəri, müəllim
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Яран сувар, жуван сувар Редакцияди мугьманар кьабулна Для сохранения языка Мубарак
Статьи из этой рубрики
Къени крар авур хан Багъдатдин факигь РикIелай ракъурдач Шабрандин тарих чирзава Генералдикай гьикI наиб хьанай?
ЦIИЙИ ТИЛИТ
№: 4(309)
апрель, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ