Şairi ucaldan şeir çələngi
ЦIийи ктабар  |  3(308) 2017      
     Dərin bədii təfəkkürü, qeyri-adi deyim tərzi, orijinal fikirləri ilə seçilən, poeziya aləmində pillə-pillə ucalan Ramiz Qusarçaylının hər kitabını oxucular intizarla gözləyir. Bu günlərdə “Azərbaycan” nəşriyatında İlham Abbasovun redaktorluğu ilə çapdan çıxmış “Gedəsən dünyanın axırınacan...” kitabı ilə şair növbəti dəfə pərəstişkarlarını intizardan qurtarıb.
    İndiyədək işıq üzü görmüş “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Eşşəknamə”, “Almalı kitab” və “Nə gözəldi yolun, Allah” adlı şeirlər kitabları ilə oxucuların rəğbətini qazanmış, şeirləri ingilis, rus, ukrayna, fars və Dağıstan xalqlarının dillərinə tərcümə olunmuş Ramiz Qusarçaylı bu kitabı ilə poeziyanın yeni zirvələrinə ucalıb desək, yanılmarıq. Kitaba “Mükəmməl poeziya” adlı ön söz yazmış filologiya üzrə elmlər doktoru, professor Ramiz Əskər haqlı olaraq qeyd edir ki, şairin poeziyası qeyri-adidir, fövqəladədir. Alimin fikrincə “Ramiz Qusarçaylı poeziyasının başlıca özəlliyi müqayisəyəgəlməz dərəcədə orijinal, dərin mənalı olması, heç kimə bənzəməməsidir. Hələ çağdaşımız olan heç bir şair cəmiyyəti, insanı və təbiəti bu qədər incə şəkildə müşahidə və təsvir etməmişdir. Heç bir qələm sahibi vətənin, millətin dərdlərini, Qarabağı, əldən çıxmış torpağlarımızı bunca ürəyinə salmamış, bunca acımamışdır”.
     Şairin söz çələngi o qədər rəngarəng, fikirləri o qədər dərin, şeirlərindəki təşbeh­lər, epitetlər, metaforalar, təzadlar o qədər orijinaldır ki, oxucunu bədii sözün sehrinə sala bilir. Bu şeirlər əsl poeziya inciləridir.
     Kitabın mövzu rəngarəngliyi də diqqət çəkir. Bunu anlamaq üçün ayrı-ayrı bölmələrin adlarını sadalamaq kifayətdır: “Mən kənddən çıxanda...”, “Bu qurban olduğum Vətən”, “Gəl oxuyaq saz dilində”, “Aparır məni mələklər”, “Qurudub göndərmə bənövşələri”, “Bu il qaranquşlar Yəmənə uçmaz”. Həmin bölmələrlə tanış olduqca hiss edirsən ki, Ramiz Qusarçaylı öz taleyini Azərbaycanın və dünyanın taleyindən ayırmayan şairdir. Bu, onun yüksək vətənpərvərlik və vətəndaşlıq poeziyasının qayəsidir. Professor Ramiz Əskərin dediyi kimi, Ramiz Qusarçaylının “şeirlərinin hər biri ədəbiy­yatımızın qızıl fonduna daxil edilməyə layiqdir”. Yeni kitab haqqında mübaliğəsiz demək olar ki, bu, şairi daha da ucaldan şeir çələngidir.
     Ramiz Qusarçaylının “Gedəsən dünyanın axırınacan...” kitabının nəşrinə kömək göstərən tanınmış qusarlı iş adamı Sabir Təvəl oğlu Fərzəliyevdir. Kitabın sonunda qeyd edildiyi kimi, o, “istedadlı yazarların əsərlərinin nəşrinə, təbliğinə və savadlı, qabiliyyətli gənclərin mükəmməl təhsil alıb dünyəvi biliklərə yiyələnməsinə çalışan, doğma el-obasının məğrur və la­yiqli insanlarının məclislərinə ürək açan, işıq tutan” insandır.
     Ziyalılığı və xeyirxahlığı ilə seçilən Sabir Fərzəliyev “Samur” qəzetinin ya­xın dostudur. Hər il doğma Zindanmuruq kəndində maddi imkanı olmayan, amma “Samur”u oxumaq istəyən onlarca adamı öz hesabına qəzetə abunə yazdırır. Onun həm bu sahədəki xidməti, həm də qəzetimizin dostu olan istedadlı şairimiz Ra­miz Qusarçaylının kitabının nəşrinə kömək göstərməsi əsl fədakarlıq nümunəsidir.
 
 
“SAMUR”

 

 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Яран сувар, жуван сувар Редакцияди мугьманар кьабулна Для сохранения языка Мубарак
Статьи из этой рубрики
ЧIехи алимдиз гуьмбет Большой вклад в историю Aялриз хвеши жеда Чаз ихьтин ктабар кIанзава Татугайвилерихъ галаз женгина
ЦIИЙИ ТИЛИТ
№: 9(314)
октябрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ