İstedad
Барка  |  2(307) 2017      
     Onunla ötən əsrin 70-ci illərində, Azərbaycan KP MK-nın “Sovet kəndi” qəzetində işlədiyim dövrdə tanış olmuşam. Özü də bu tanışlıq təsadüfi olub. Qışın oğlan çağı idi. Redaktor məni yanına çağırıb dedi: “Qubanın qabaqcıl təsərrüfatlarından olan SSRİ-nin 50-illiyi adına sovxozdan təcrübə materialı hazırlamaq lazımdır. Yollar buz bağladığına görə səni rayona göndərmək istəmirəm. Yaxşı olar ki, məsələni rayon qəzeti redaksiyasindan bir nəfərə tapşırasan.” 
     O vaxt belə məsələlərlə əlaqədar adətən rayon qəzetlərinin redaktorları ilə əlaqə saxlayardıq. Nahar fasiləsi olduğuna görə redaktorla deyil, qəzetin əməkdaşlarından biri ilə əlaqə saxlamağı qərara aldım. Telefon zən­ginə cavab verən gənc əməkdaş Nəcəfqulu Nəcəfov idi. Ona məsələni izah etdim. Həvəslə yazmaq istədi­yini bildirdi, amma dedi ki, redaktoru xəbərdar edim. Bir saatdan sonra redaktorla telefon əlaqəsi yaratdım. O, Nəcəfqulunun “Şəfəq” qəzetinin ən məsuliyyətli və istedadlı əməkdaşlarından biri olduğunu bildirdi.
     İki gündən sonra Qubadan redaksiyamıza gələn gənc jurnalistin operativliyi və yazdığı məqalə redaktorumuzun ürəyincə oldu. Nəcəfqulu hazırladığı təcrübə materialına aid fotoşəkillər də gətirmişdi. Müəllifi də özü idi. Həmin gündən sonra “Sovet kəndi” qəzetində Nəcəfqulu Nəcəfovun məqalələri ilə yanaşı, çəkdiyi fotoşəkillər də müntəzəm olaraq dərc edildi. Özü də bu şəkillər məzmununa və keyfiyyətinə görə respublikanın digər mətbuat orqanlarındakı şəkillərdən xeyli seçilirdi.
     İllər ötdükcə Nəcəfqulunun qələmi daha da püxtələşdi. Onun yazdığı məqalələr, zarisovkalar və oçerklər respublika qəzetlərinin səhifələrində tez-tez görünməyə başladı. Uğurlarına arxayınlaşmadan daim öz üzərində çalışan N.Nəcəfov bir müddət müxbir işlədikdən sonra “Şəfəq” qəzetinin məsul katibi vəzifəsinə təyin olundu. Sonralar bacarıqlı jurnalist burada redaktor müavini kimi fəaliyyətini davam etdirdi.
     O, bir neçə millətin nüma­yən­dələrinin yaşadığı Qubada oxucuların da, əhalinin də hörmətini qazandı. Azərbaycanlılar da, ləzgilər də, tatlat da, dağ yəhudiləri də onu özlərinə doğma bildilər. Elə bu doğmalıq Nəcəfqulunu dağ yəhudiləri ilə iş birliyinə sövq etdi. Onu 2002-ci ildə dağ yəhudilərinin STMEGİ Beynəlxalq Xeyriyyə Fondunun prezidenti, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Za­xaryayevin təşəbbüsü ilə yaradılmış “Birlik-Единство” qəzetinə redaktor təyin etdilər. Hazırda respublikamızın mətbuat orqanları sırasında layiqli yer tutan qəzet Azərbaycan və yəhudi xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsində böyük rol oynayır. Qəzetin nəinki respublikamızda, həmçinin Rusiyada, ABŞ-da, İsraildə və başqa ölkələrdə də yüz­lərlə oxucusu var. 
    Uzun illər jurnalistika sahəsində çalışan həmkarımın əməyi yüksək qiymətləndirilib. O, SSRİ Jurnalistlər İttifaqının diplomuna, H.B.Zərdabi adına mükafata və “Qızıl qələm” mükafatına layiq görülüb. Respublika jurnalistlərinin nümayəndə heyətinin tərkibində beynəlxalq konfranslarda iştirak edən, neçə-neçə xarici ölkələrdə olan Nəcəfqulu Nəcəfov yaradıcılıq yollarında yeni-yeni uğurlar qazanır. Yaşı 70-i haqlasa da yenə gənclik illərində olduğu kimi əzmlə çalışır. Ona görə də illərin buraxdığı izlərə inana bilmirəm. Nə tez ötuşdü vaxt, nə tez ötüşdü gənclik. Təki ilhamın səngiməsin, dostum! Səni, “Samur” qəzetinin yaxın dostunu kollektivimiz adlndan təbrik edir, möhkəm cansağlığı, bu ilhamla, bu həvəslə 100-ü qarşılamağını arzu edirəm.
 
M.MƏLİKMƏMMƏDOV
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Кьегьалар рекьидач! Азизан Алем ЧIал хуьнин мураддалди Лезги чIалан тарсар
Статьи из этой рубрики
Аваз хьурай "Лезги газет"! Халкьдиз бахш авур уьмуьр Cедакъет Керимова - 60 «Сувар»у скоро 20 лет Чи барка
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ