Görkəmli alim
Чи сейлибур  |  2(307) 2017      
     Azərbaycanda elastik-plas­tik dalğaların ya­yıl­ması nəzəriyyəsinin banisi, bu nəzəriyyənin eksperimental əsasını qoyub, onu dünya səviyyəsinə qaldıran, mexanika elminin inkişafında böyük xidmətləri olan görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru Kərim Abdulxalıq oğlu Kərimov 1917-ci ildə Qusar rayonunun Hil kəndində anadan olmuşdur.
     1936-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olan K.Kərimov özünü başdan-başa elmə həsr etmək arzusunda idi. Böyük Vətən müharibəsi onun arzularını ləngitdi. 1941-ci ildə universiteti bitirən gənc ordu sıralarına çağırılır. Oradan isə onu Moskvadakı Dzerjinski adına Artilleriya Akademiyasina göndərirlər. Oranı bitirən gənc ön cəbhədə döyüşmüş, göstərdiyi şücaətlərə görə orden və medallarla təltif olunmuşdur. 1949-cü ildə K.Kərimov Azərbaycan Elmlər     Akademiyasının Fizika-Riyaziyyat İnstitutuna elmi işçi qəbul olunur. 1950-ci ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirib namizədlik dissertasiyası müdafiə edir. K.Kərimovun elmə marağı, özünə və başqalarına qarşı tələbkarlığı, əməksevərliyi  nəzərə alınaraq 1953-cü ildə onu elmi kadrların yetişdirilməsi kimi çox məsuliyyətli və çətin sahəyə rəhbər təyin edirlər. Onun gənc alimlərin yetişməsinə böyük qayğı ilə yanaşması bu gün də minnətdarlıqla xatırlanır. K.Kərimovla ünsiyyətdə olmuş insanlar onun humanistliyindən, qayğıkeşliyindən və alicənablığından böyük məhəbbətlə danışırlar. İşlədiyi dövrdə K.Kərimov keçmiş ittifaqın görkəmli alimləri ilə əlaqələr yaratmış, onların Azərbaycanın tədris və elmi tədqiqat institutlarında mühazirələrini təşkil etmiş, respublikamızda mexa­nika elminin in­kişafı üçün əlindən gələni etmişdir.
     1959-cu ildə Riyaziyyat və Mexanika İnstitutunda dinamik möhkəmlik laboratoriyasına rəhbərlik etməyə başlayan alim həmin laboratoriyanı yenidən quraraq, onu elastik-plastik dalğaların yayılmasını öyrənmək üçün ittifaqın eks­perimental bazalarının ən önəmlisinə çevirmişdi. O, keçmiş ittifaqın X.A.Raxmatulin, Y.N.Rabatnov, A.A.İlyuşin kimi dünya şöhrətli alimləri ilə sıx əlaqələr yaradaraq, onların Azərbaycanda yetişməkdə olan gənc mexaniklərə qayğı göstərməsinə nail olmuşdur. 
     1973-cü ildən Azərbaycan Döv­lət Politexnik İnstitutunun ali riyaziyyat kafedrasının müdiri təyin olunan professor K.Kərimov 1976-cı ildə institutda tətbiqi və hesablama riyaziyyatı kafedrasını yaradaraq ömrünün sonuna kimi ona rəhbərlik etmişdir. O, bu kafedranın nəzdində elmi-tədqiqat laboratoriyası yaradaraq, burada fundamental elmi işlərə rəhbərlik etmişdir. 
     Görkəmli elmi nailiyyətlərə görə K.Kərimov Stalin müka­fatı, iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Şərəf nişanı ordeni, müxtəlif medallarla təltif olunmuş, Dövlət mükafatına, iki dəfə Lomonosov adına mükafata, Beruni adına mükafata layiq görülmüşdur. Əsası X.A.Raxmatulin tərəfindən qoyulmuş elastik-plastik dalğaların yayılması nəzəriyyəsinin inki­şafında K.Kərimovun müstəsna xidmətləri olmuşdur. O, həmin nəzəriyyəyə əsaslanaraq elastik-plastik materialların sıxılmasında və dartılmasında dinamik diaqramları təyin etmək üçün özünün eksperimental metodlarını yaratmışdı. 
     Görkəmli alimin tədqiqatları dünyanın məşhur mexaniklərindən A.Eringen, A.Nadai, Naxdi, D.Teylor, N.Kresteska kimi alimlərin diqqətini cəlb etmis və onlar K.A.Kərimovla elmi mübadilələr aparmışlar.
     K.Kərimov 100-dən çox el­mi əsərin müəllifidir. Onun yetirmələrindən 40 nəfər elmlər na­mizədi, 8 nəfər isə elmlər doktoru adına layiq görülmüşdür.
Özünü həmişə xalqa borclu hesab edən, xalqın dərdini öz dərdi, sevincini öz sevinci hesab edən görkəmli alim gənclərə ata qayğısı ilə yanaşmışdır. Humanist, qayğıkeş və gözəl insan olan K.Kərimovun xatirəsi Azərbaycanda elmin inki­şafını qiymətləndirməyi bacaranların, respublika mexaniklərinin, onu tanıyanların xatirəsində həmişə yaşayacaqdır.
 
Kamil AYDAZADƏ,
AMEA-nın müxbir üzvü, 
AMEA-nın İdarəetmə Sistemləri  İnstitutunun 
laboratoriya müdiri, 
fizika-riyaziyyat elmləri 
doktoru, professor 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Кьегьалар рекьидач! Азизан Алем ЧIал хуьнин мураддалди Лезги чIалан тарсар
Статьи из этой рубрики
Чи дамах Görkəmli alim O qəmli sevinc И словом можно вылечить Ханбиче Хаметова
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ