Türkiyə jurnalı Azərbaycan xalqları haqqında
Лезгияр вирина  |  1(306) 2017      
     Türkiyənin Dağıstan Dostluq Dərnəyinin orqanı olan “Dağıstan” jurnalının ötən il nəşr olunmuş son sayı Azərbaycana, burada yaşayan ləzgi və avar xalqlarının nümayəndələrinə, Bakıda üç dildə - ləzgi, Azərbaycan və rus dillərində çıxan “Samur” qəzetinin fəaliyyətinə həsr olunub. Bu sayın işıq üzü görməsi təsadüfi deyil. Ötən ilin oktyabr ayında ilk dəfə Azərbaycanda olmuş Bursa Dağıstan Kültür və Dayanışma dərnəyinin rəhbərləri, milliyətcə ləzgi olanYaşar Sabri Döndər və Ramazan Kor, Türkiyədə nəşr olunan “Dağıstan” jurnalının redaktoru, milliyətcə avar olan Şahabetdin Özden Bakı ilə yaxından tanış olmuş, “Samur” qəzeti redaksiyasının qonağı olmuş, ləzgilərin yığcam yaşadıqları Quba, Qusar və Xaçmaz rayonlarına, həmçinin avarların yığcam yaşadıqları Zaqatala və Balakən rayonlarına səyahət etmişlər. Onların bu səyahət zamanı aldıqları xoş təəssürat jurnalın səhifələrində geniş əksini tapıb.
     Məlum olduğu kimi, Dağıstanda İmam Şamilin rəhbərliyi ilə 25 il davam edən azadlıq hərəkatı yatırıldıqdan sonra on minlərlə ləzgi və avar Türkiyəyə köçməyə məcbur olmuş, burada yeni kəndlər salaraq yaşamışlar. Bu ölkədə yaşayan ləzgilər haqqında “Samur” qəzetində müntəzəm olaraq məqalələr dərc edilir.
Vətən sevdası ilə yaşayan həmvətənlərimiz Azərbaycan və Dağıstan haqqında həmişə sevə-sevə danışırlar. Doğma elə məhəbbət və həsrət duyğuları “Dağıstan” jurnalının son sayında dərc olunmuş “Azərbaycan səyahəti”, “Azərbaycan-Bakı”, “Balakən”, “Zaqatala”, “Xaçmaz rayonu”, “Quba rayonu”, “Qusar rayonu”, “Kürelilər”, “Bakının Qız qalası” sərlövhəli məqalələrdə də hiss olunur.
     Jurnalda ötən ilin oktyabrın 14-də Bakının Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş, Sədaqət Kərimovanın “Leyin nəğməsi” kitabının təqdimatından hazırlanmış məqalə, həmçinin “Samur” qəzetinin fəaliyyəti, redaksiyanın əməkdaşları Sədaqət Kərimovanın və Müzəffər Məlikməmmədovun yaradıcılıqları ilə bağlı materiallar dərc olunmuşdur.
Redaksiyamız maraqlı məqalələrə görə “Dağıstan” jurnalının əməkdaşlarına və dərginin redaktoru Şahabetdin Özdənə minnətdarlığını bildirir.
 
“SAMUR”
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Мурадрин геле аваз Bağışla bizi, Çingiz! Гьалал я ваз! Агалкьунар тIалабзава
Статьи из этой рубрики
Türkiyə ləzgiləri Молодые надежды Вдали от Родины РикIелай тефир мярекат Наида вилик акатна
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ