Elmin zirvəsində
Чи сейлибур  |  1(306) 2017      
     Görkəmli alim, texnika elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun “Elektroenergetikanın qərarlaşmış rejimləri” elmi istiqamətinin rəhbəri, baş elmi işçi Əşrəf Balamət oğlu Balamətov 1947-ci ilin yanvarın 27-də Qusar rayonunun Əcəxur kəndində ziyalı ailəsində anadan olmuşdur. 
     Ə.Balamətov 1960-cı ildə Əcəxur kənd yeddiillik məktəbini bitirdikdən sonra Bakı Energetika Texnikumuna daxil olmuşdur. 1965-ci ildə həmin texnikumu, 1971-ci ildə isə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, İ.Q.Yesman adına Azərbaycan Elmi-Tədqiqat Ene­rgetika İnstitutuna mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. 1978-ci ildə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunun aspiranturasını bitirmiş, 1980-ci ildə Q.M.Krjijanovski adına Elmi-Tədqiqat Energetika institutunda namizədlik dissertasiyası müdafiə etmişdir. Kiçik elmi işçi, böyük elmi işçi, elmi-tədqiqat bölməsinin rəhbəri, şöbə müdiri, direktor müavini vəzifələrində çalışmışdır.      1994-cü ildə isə Novosibirsk Texniki Universitetində” İfrat yüksək gərginlikli elektrik şəbəkələri rejimlərinin idarə modelləri və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 
     Onun əsas elmi tədqiqatları ifrat yüksək gərginlikli hava xətləri olan elektrik şəbəkələrinin qərarlaşmış rejimlərinin təhlili və idarə edilməsi metodlarının inkişafına, qərarlaşmış rejim tənliklərinin yığılma etibarlılığının artırılmasına, elektroenergetika sistemləri rejimlərinin optimallaşdırılmasına, elektrik enerjisi itkilərinin azaldılmasına, elektrik şəbəkələrinin intellektuallaşdırılmasına həsr edilmişdir.Onun rəhbərliyi ilə elektrik şəbəkələrinin qərarlaşmış rejimlərinin hesablanması üçün səmərəli alqoritmlər və proqramlar işlənmişdir. Onların əksəriyyəti keçmiş ittifaqın bir sıra elmi-tədqiqat institutlarında tətbiq olunur. Hazırda Ə.Balamətov Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda müasir enerji sistemlərində informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və intellektuallaşdırılması üzərində çalışır. Ə.Balamətovun rəhbərliyi ilə müasir rəqəmsal cihazlardan və kompüter avadanlığından istifadə sahəsində bir sıra eksperimentlər aparılmışdır.
     Professor Ə.Balamətov gənc mütə­xəssislərin və texniki kadrların hazırlanmasında fəal içtirak edir. Onun pedagoji fəaliyyəti Azərbaycan Texniki Universiteti ilə bağlıdır. Alimin rəhbərliyi altında 9 namizədlik dissertasiyası müdafiə olunmuş, 1 doktorluq dissertasiyası müda­fiə ərəfəsindədir. Hazırda elmlər doktoru hazırlığı üzrə 2 doktorantın elmi məsləhətçisidir. Əşrəf Balamətov 270-dən çox elmi işin, 28 müəlliflik şəhadətnaməsi və patentin, beş monoqrafiyanın müəllifidir.   
     O, 26 beynəlxalq, 14 ümumittifaq, 13 respublika elmi-texniki konfrans və simpoziumda məruzələrlə çıxış etmiş, elmi əsərləri Rusiya, Belarusiya, Ukrayna və başqa respublikaların aparıcı elmi toplularında dərc olunmuşdur. 1996-cı ildə Almaniyada “Qafqaz və Orta Asiya ölkələri enerji sistemlərinin operativ planlaşdırılması, istismarı, idarəsi” üzrə TASIS layihəsinin işində, 2000-2002- ci illərdə TASİS la­yihəsinin enerji haqqının ödənişinə nəzarət proqram sisteminin yaradılması və Şahdag Milli Qoruğu Ekologiya Layihəsi işlərində icraçı və ekspert kimi iştirak etmişdir. Əsas elmi işləri mürəkkəb elektroenergetika sistemləri rejimlərinin riyazi modelləşdirilməsi, elektrik şəbəkələrinin qərarlaşmış rejimlərinin hesablanması metodlarına, hava xəttlərində tac hadisəsinin mo­delləşməsinə həsr olunmuşdur.2004-cü ildə «Azərenerji» ASC-nin keçirdiyi müsabiqənin qalibi olmuş, “Əli-Bayramlı DRES-də elektrik enerjisinin qeydiyyatı sisteminin yaxşılaşdırılması” mövzusunda təcrübə sınaq elmi tədqiqat işləri yüksək qiymətləndirilmişdir.
     1991-ci ildən Ə.Balamətov kiçik su elektrik stansiyalarının bərpası və istismar olunması məsələləri ilə məşğul olmuşdur. Sonralar o, Qusar rayonunun Zeyxur kəndi ərazisində yerləşən Zeyxur su-elektrik stansiyasının bərpası, işə buraxılması və istismarına rəhbərlik etmişdir. 2002-ci ildə alim Amerikada tərtib olunan Ame­rikanın Biblioqrafik İnstitutunun tədqiqat məsləhətçiləri idarə heyətinin üzvü seçilmişdir. 
     Ə.Balamətov 2004-cü ildə elmdəki xidmətlərinə görə akademik Y.Məmmədəliyev adına medalla təltif edilmişdir. 2015-ci ildən Rusiya Elektrotexnika Akademiyasının həqiqi üzvüdür. 2016-cı ildə “MDB-nin əməkdar energetiki” fəxri adına layiq görülmüşdür. Təvazökar, səmimi, prinsipial və alicənab insan olan Əşrəf Balamətovu 70 iilik yubileyi münasibətilə təbrik edir, ona məhsuldar elmi fəaliyyətində və energetika sahəsi üçün elmi kadrların hazılanması kimi şərəfli işdə müvəffəqiy­yətlər, möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayırıq.
 
Kamal ABDULLAYEV,
Azərbaycan Dövlət Neft və
Sənaye Universitetinin professoru, texnika elmləri doktoru, 
əməkdar elm xadimi
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Мурадрин геле аваз Bağışla bizi, Çingiz! Гьалал я ваз! Агалкьунар тIалабзава
Статьи из этой рубрики
Чи дамах Görkəmli alim O qəmli sevinc И словом можно вылечить Ханбиче Хаметова
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ