Барка | 1(306) 2017


Bacarıqlı insan hansı sahədə işləyirsə işləsin, mütləq öz istedad və qabiliyyətini sübut etməyə imkan və şərait tapır. Sizə haqqında danışmaq istədiyimiz, respublıkamızın adlı-sanlı kooperasiya işçilərindən biri olan Əlimurad Musayev kimi.
Musayev Əlimurad Abubəkir oğlu 1947-ci il fevralın 3-də Qusar rayonunun Balaqusar kəndində kolxozçu ailəsində anadan olub. Balaqusar kənd orta məktəbini bitirdikdən sonra Bakı Kooperativ Texnikumunda oxuyub. Sonralar Moskva Kooperativ İnstitunda təhsilini davam etdirib.
Əmək fəaliyyətinə mağaza müdiri kimi başlayan Ə.Musayev hələ gənc yaşlarından savadı, peşəkarlığı, işinə məsuliyyəti, bacarığı, xüsusilə də insani keyfiyyətləri ilə seçilib. Ədalətlilik və düzgünlük onun iş və həyat prinsipi olub.
İşgüzar xüsusiyyətləri rayon rəhbərliyi tərəfindən qiymətləndirilərək rəhbər vəzifələrə irəli çəkilən Ə.Musayev Qusar Rayon Kooperativlər İttifaqı idarə həyətinin sədri, Qusar çörək kombinatın direktoru, Dövlət Əmlak Komitəsi Qusar rayon şöbəsinin müdiri vəzifələrində çalışıb.
Həyatda ən böyük qazancı isə əhatəsində olan insanların, doğmalarının və əzizlərinin hörmət və sevgisi olub. Əlimurad müəllim bu gün Qusar rayonunun sayılıb-seçilən ağsaqqallarındandır. Ömür-gün yoldaşı Bağdat xanımla bərabər dörd övlad böyüdən bu adamın həyatını səkkiz nəvəsinin, bir nəticəsinin sevincləri daha da rövnəqləndirir.
Əlimurad müəllimi 70 yaşının tamam olması münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırıq.
Təranə MƏMMƏDZADƏ
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий