Öncə mənəviyyat
Milli Məclisə məktub SOS!!!  |  6(300) 2016      
     Qəzetimizin 28 noyabr 2014-cü il tarixli sayında dərc etdiyimiz “Mənəviyyat polisi vacibdir” sərlövhəli məqalədə qaldırdığımız mühüm problemə yenidən qayıdır və onun həyata keçiriləcəyinə ümid bəsləyirik.
     Abbas Səhhətin “Vətən” şeiri məktəb illərindən yaddaşımıza həkk olunub:
 
     Vətəni sevməyən insan olmaz,
     Olsa, ol şəxsdə vicdan olmaz.
 
     Necə də gözəl deyilib! Bəs Vətənə sevgi nədir? Bu, təkcə onun şəninə tərif­lər yağdırmaq, ona olan məhəbbəti izhar etmək deyil, həm də onun qayğısına qalmaq, hər qarış torpağının qədrini bilmək, təəssübünü çəkməkdir. Ən əsası, vətənin doğma evimiz olduğunu dərk etməyimizdir. Axı evimizi göz bəbəyi kimi qoruyur, daim səliqə-sahmanının qayğısına qalırıq. Evinin döşəməsinə kim zibil atar? Heç kim! Öz bağına tullantı yağışı yağdıran olarmı? Əsla! Bəs ümumi evimizin - şəhər və kəndlərimizin, onların küçə və meydanlarının, bağ və xiyabanlarının təəssübünü niyə çəkmirik? İctimai əmlaka, el malına qarşı biganəlik, daha doğrusu, qədirsizlik haradandır? Niyə bəzi insanlarda vətənpərvərlik hissi korşalıb? Bu mənəvi korluğu yaradan nədir?
     Son illər hamımız respublikamızın gözəl mənzərəli yerlərinin, dağ ətəklərinin, meşə yamaclarının, çay və göl sahillərinin zibilliklərə çevrilməsinin şahidi oluruq. Bəzən təbiətin qoynunda kilometrlərlə yol gedir, amma istirahət etmək üçün təmiz bir güşə tapa bilmirik. Bir zamanlar bakiranə gözəllikləri ilə göz oxşayan məkanlar indi ürək bulandırır.
     Biz ekoloji fəlakətlə üz-üzəyik. Bütün bunlar isə insanların nadanlığı üzündan baş verir.
     Bakı bulvarını, şəhərimizin parklarını gəzdikcə ikili hisslər keçiririk. Bir tərəfdən son illər yaradılmış yaşıllıq və abadlıq işlərinə sevinir, digər tərəfdən bu gözəlliklərin qoynunda addımbaşı təsadüf olunan natəmizlikləri görüb təəssüflənirik. Hara gəldi zibil atanlara artıq hamının adət etdiyini görür, insanlarda etiraz etmək, haqq səsini qaldırmaq hissinin korşaldığını hiss edirik. Lakin bu cür halları görüb ürək ağrısı keçirənlər də az deyil. Ətrafda baş verənlərin nadanlıq olduğunu dərk edən ziyalıların, Vətən təəssübü çəkən namuslu vətəndaşların mənəvi hüquqlarının pozulması hər gün, hər saat baş verir. Bəs onlara edilən mənəvi basqıya görə həmin nadanlar niyə məsuliyyətə cəlb olunmur? Küçəyə zibil atan, yerə tüpürən, söyüş söyən, nala­yiq hərəkətlərə yol verənlər niyə cəzalan­dırılmır?
Dünyanın bir sıra mədəni ölkələrində belə neqativ halların qarşısını alan dövlət qurumları fəaliyyət göstərir. İctimai yerlərdə qeyri-etik davranışlara yol verənlər, ətraf mühiti çirkləndirənlər, bilə-bilə natəmizlik yaradanlar mənəviyyat polisi əməkdaşları tərəfindən aşkarlanaraq inzibati qaydada saxlanılırlar. Onlar cərimə ödədikdən sonra azadlığa buraxılırlar. Bir dəfə cərimə ödəyən çətin ki, ikinci dəfə natəmiz­lik yaratsın.
     Etiraf edək ki, respublikamızın əksər istirahət və əyləncə yerlərində natəmizlik, sanitariya qaydlarının kobud şəkildə pozul­ması dözülməz həddə çatıb. Bəzi insanların ictimai şüur səviyyəsinin aşağı olması neqativ nəticələr verir. Ölkəmizə gələn qo­naqları təkcə Azərbaycanın gözəllikləri deyil, həmçinin natəmizliklər heyrətləndirir. Küləkli günlərdə havada uçan çirkli kağız­lar, parklarda xorla tum çırtlayıb qabıqlarını yerə tökənlər, maşınların pəncərələrindən küçələrə, səkilərə zibil atanlar, eyvanlardan həyətlərə tullantı yağdıranlar həyatımızın reallıqlarıdır. Bunları edənlər isə özgələri deyil, bizim həmvətənlərimizdir. Belələrinə qar­şı heç bir cəzanın tətbiq olunmaması isə bu cür halların çoxalmasına, daha doğrusu, nadanlığın genişlənməsinə, şəhərimizin gözəl simasının korlanmasına gətirib çıxarır.
     Azərbaycanda mənəviyyat polisinin yaradılması vaxtı çoxdan çatıb. Ölkəmizi bütün bu xoşagəlməz hallardan, daha doğrusu, mənəvi terrordan belə bir qurum xilas edə bilər. Mənəviyyat polisinin konkret fəaliyyət proqramı olmalı, cərimələr paketi, onların tətbiqi formaları və məbləğləri müəyyənləşdirilməlidir. Həmin cərimələr həm dövlət büdcəsinin zənginləşməsinə, həmçinin ictimai yerlərdə səliqə-sahmanın, təmizliyin bərpasına gətirib çıxarar. Bir sıra ölkələrdə olduğu kimi, mənəviyyat poli­sində qadınların işə götürülməsi səmərəli olar. 
   Daha bir məsələ. Məktəb proqramlarına mənəviyyat dərsləri salınmalıdır. Uşaqlar kiçik yaşlarından ictimai yerlərdə özlərini aparmaq qaydalarını öyrənməlidirlər. Vətəni sevməyin, onun təəssübünü çəkməyin təmizliyə, səliqə-sahmana riyayət etmək kimi adi şeylərdən başlandığını balaca vətəndaşlara başa salmaqla gələcəkdə onları neqativ hallardan uzaqlaşdırmaq mümkündür.
    Yaxşı olardı ki, respublika televiziyası bu sahədə maarifləndirici verilişlər hazırlasın, ictimai yerlərdən operativ süjetlər göstərsin, neqativ hallara qarşı ictimai fikrin formalaşmasına kömək etsin. Bütün bunlar ictimai şüurun yüksəlməsinə, insanlarda əsl vətənpərvərlik hissinin yaranmasına kömək göstərər.
Arzu edərdik ki, Milli Məclis tezliklə mənəviyyat polisi ilə bağlı qanun layihəsi hazırlasın və onu ictimaiyyətin müzakirəsinə versin. Unutmamalıyıq ki, hər bir şey mənəviyyatdan başlanır.
 
Sədaqət KƏRİMOVA
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я 300 лагьай тилит Халкьдин шаир Hər dərdim bir misra, hər fikrim şeir РикIел хуьх!
Статьи из этой рубрики
Квахьзава чи хуьрер... Мад са телеканал Фадлай хьана кIанзавайди тир Буьркьуьдаз экв кIанзава Террордиз ваъ!
ЦIИЙИ ТИЛИТ
№: 7(312)
август, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ