Tanınmış ləzgi ziyalısı anıldı
Эпитафия  |  5(299) 2016      
Rza babanı tez-tez evimizə qonaq gələn, bizi əzizləyən görmüşəm. Bizi qucağına alar, gah ləzgi dilində, gah da Azərbaycan dilində şeirlər söyləyərdi. Bizə o qədər isti münasibət bəsləyirdi ki, onu doğma baba bilirdim, çünki o, doğma Muxtar babamdan daha tez-tez bizə gələrdi. Onun anamın əmisi olduğunu sonralar bilmişəm. Hansı dövlət vəzifəsində işlədiyini də bilmirdim, çünki özünü çox sadə aparırdı. Rza babanın qayğıkeşliyini, canıyananlığını tələbəlik illərimdə də, ondan sonra da hiss etmişəm. Təkcə mənə qarşı yox, onu tanıyanların hamısına qarşı belə idi.
Rza İsmayılov 1936-cı ilin  aprelin 27-də İsmayıllı rayonunun qədim Qalacıq kəndində dünyaya gəlib. 1953-cü ildə orta təhsili başa vurub,  Kənd Təsərrüfatı İnstitutunun zoomühəndislik fakültəsinə daxil olub. 1958-ci ildə qırmızı diplomla ali təhsilinı başa vurub öz kəndinə qayıdıb, kolxozda gənc mütəxəssis kimi fəaliyyətə başlayıb. Biliyi, fəallığı, qabiliyyəti ilə diqqəti cəlb edən Rza İsmayılovu Ismayıllı Rayon Kənd Təsərrüfatı  Müfəttişliyinə zootexnik vəzifəsinə təyin edirlər. 1960-cı ildə o, İsmayıllı Rayon Komsomol Komitəsinin birinci katibi seçilir. İki ildən sonra onu Recpublika Komsomolunun Mərkəzi Komitəsinə şöbə müdirinin müavini vəzifəsinə irəli çəkirlər. Komsomol işindən yenidən İsmayıllı rayonuna - Kolxoz-Sovxoz İstehsalat İdarəsinin rəisi vəzifəsinə göndərilən R.İsmayılov iki ildən sonra Bakı Ali Partiya Məktəbinə daxil olur. Buranı başa vuran bu savadlı və zəhmətkeş gənc  Azərbaycan  Respublikası  Nazirlər  Sovetinin  sovet  orqanları ilə iş şöbəsinə referent vəzifəsinə təyin olunur. Bu vəzifədə 14 il fasiləsiz çalışan Rza İsmayılov insanlarla  gözəl ünsiyyət qurmaq, onların şikayət və təkliflərinə həssaslıqla yanaşmaq qabiliyyətinə malik idi.       1982-ci ildə o, respublika kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olunur. Sonralar yenidən Nazirlər  Sovetində referent, baş referent, aparıcı mütəxəssis vəzifələrində çalışır. Ona hansı vəzifə tapşırılıbsa, öhdəsindən layiqincə gəlir. 
     Rza İsmayılov yurduna bağlılığı ilə seçilirdi. Tez-tez İsmayıllıya, doğma kəndi Qalacığa gələr, kəndin qayğıları ilə maraqlanar, məktəbdə olub, kənd uşaqlarının təhsilinə diqqət yetirərdi. Ədalətli və məsuliyyətli insan kimi doğma rayonunu, doğulub boya-başa çatdığı kəndini layiqincə təmsil edirdi. Ədəbiyyatı və bədahətən şeir deməyi sevən bu insan məşhur ləzgi şairi Yetim Eminin şeirlərinin vurğunu idi, onları əzbərdən deyərdi. İsmayıllının gözəl şairi Musa Yaqubla dostluq edər, şeirlərini söyləyərdi. 
     Rza baba 1999-ci il mayın 9-da dünyasını dəyişib. O, 6 övladının hamısına ali təhsil vermişdi. Oğlu Firuz İsmayılov (təəssüf ki, indi həyatda yoxdur) fizika-riyaziyyat elmləri namizədi, qızı Təranə İsmayılova biologiya elmləri namizədidir. 8 nəvəsi var. Nəvələrindən Nurlana Mirzəyeva  Almaniyada rezidentura təhsilini  başa vurararaq həkim kimi fəaliyyət göstərir, Nərgiz Mirzəyeva isə İsveçrədə mühəndis təhsili alır.   
    Rza İsmayılovun 80 illik  yubileyi  aprelin 27 də İsmayıllı rayonunun icra başçısı professor Mirdaməd Sadıqovun təşəbbüsü ilə rayon səviyyəsində qeyd olundu. Onu tanıyanlar R.İsmayılovun həyat yolundan, gənclərə örnək olan keyfiyyətlərindən söz açdılar. Qalacıq bələdiyyəsi ən yaxşı oxuyan  tələbəyə Rza İsmayılov adına təqaüd təsis etdi. Xatirə gecəsində Azərbaycan, ləzgi, lahıc və rus dillərində mahnılar səsləndi. Axı İsmayıllı müxtəlif xalqların nümayəndələrinin mehriban bir ailə kimi yaşadığı, multikulturalizm dəyərlərinin qorunduğu rayondur. Rza İsmayılovun 80 illik yubileyinin bu cür yüksək səviyyədə qeyd olunması buna bir nümunədir.
 
Arzu MİRZEEVA İsmayıllı rayonu, Sumağallı  kəndi
 
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Гуьмбет хкажда РикIелай тефир мярекат Кпул ятар Виридалайни жегьил алим
Статьи из этой рубрики
Хожалыдин сед РикIелай тефир камалэгьли Кьакьанрихъ ялна Bağışla bizi, Çingiz! Хожалыдин тIал
ЦIИЙИ ТИЛИТ
№: 11(316)
декабрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ