Sumağallıya qaz xətti çəkildi
Чи хуьрер  |  5(299) 2016      
      Son illər İsmayıllı rayonunun Sumağallı kəndində çox mühüm dövlət layihələri həyata keçirilir. Onların sayəsində kənddə həyat səviyyəsi yüksəlir, insanların rifah halı yaxşılaşır. Əhalinin gəlirlərinin artırılması məqsədi ilə Aqroinformasiya mərkəzi  burada iki mühüm layihə həyata keçirmişdir. Fermerlərin imkanlarının lokal innovasiyalarla zənginləşdirilməsi (FİLİZ) layihəsi üzrə kənd əhalisinə 10 istixana və 24 arı ailəsi verilmişdir. Istixanalar 10 fermeri, arı ailələri isə 12 fermeri işlə təmin etmişdir. Gəlir gətirən bu layi­hələrdən bütün kənd icması yararlanır. Əhali yerli imkanlar hesabına il boyu tərəvəz məhsulları ilə təmin olunur. Hər istixana 500-600 kiloqram tərəvəz məhsulları yetişdirmək imkanına malikdir. 
     Kəndimizin təbii şəraiti arıçılığın inkişafı üçün əlverişlidir. FİLİZ layi­həsi isə bu sahəyə marağı daha da artırmışdır. Kənd əhalisinin, həmçinin ətraf kəndlərdən və şəhərdən olan alıcıların Sumağallı balına tələbatı artmışdır. Eləcə də digər arıçılıq məhsulları - dərəmum, çiçək tozu, arı südü də dərman məhsulları kimi təbliğ olunur.
Kəndimiz təbiətinin gözəlliyi, insanlarının qonaqpərvərliyi hesabına turistləri özünə cəlb edir. Yay aylarında buraya istirahətə çoxlu qo­naqlar gəlir. Qazın olmaması isə məişət çətinlikləri yaradırdı. Bu problem artıq öz həllini tapmışdır. Kənd camaatının Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya müraciəti məsələnin qısa bir vaxtda həll olunmasına səbəb olmuşdur. Azərqaz İstehsalat Birliyi kəndin qazlaşdırılması layihəsini həyata keçirmişdir. 
     Mayın 25-də qaz xəttinin təntənəli açılış mərasimi oldu. Həmin gün kənddə böyük bayram əhval-ruhiyyəsi var idi. Camaat böyüklü-kiçikli kəndin mərkəzinə toplaşmışdı. Layihəni həyata keçirən birliyin işçiləri, rayon icra hakimiyyətinin əmakdaşları, qonşu kəndlərdən gələn qonaqlar tədbirdə iştirak edirdilər. 
     Mərasimdə Sumağallı qadınları adından bu sətirlərin müəllifi, kənd ziyalıları adından Rza Salahov, kənd ağsaqqalları adından Ağasəf Mirzəyev çıxış edərək bu xeyirxah işdə əməyi olan hər kəsə minnətdarlıq etdilər. Kənd camaatını Azərqaz İstehsalat Birliyinin sədri Əkbər Hacıyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, millət vəkili Novruz Aslanov təbrik etdilər. Sonra rəmzi məşəl alovlandırıldı. Evlərə qaz verildi. 
 
Arzu MİRZEEVA İsmayıllı rayonu, Sumağallı  kəndi
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Гуьмбет хкажда РикIелай тефир мярекат Кпул ятар Виридалайни жегьил алим
Статьи из этой рубрики
И чил хайи диге я И чил хайи диге я И чил хайи диге я Туьркиядин лезги хуьр Дуьмберез АрхитIрин дегь гелер
ЦIИЙИ ТИЛИТ
№: 3(319)
апрель, 2018

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ