Biriiyimiz sarsılmazdır
Новости на все голоса  |  3(297) 2016      
     Son günlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən, mülki əhali arasında tələfata səbəb olan erməni təxribatı və Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsi bütün dünya ictimaiyyətinin diqqətini cəlb edib. Ölkəmizə dəstək verən dövlətlərin çoxluğu buna əyani sübutdur. Hadisələrin gedişatında bütün dünya  Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğunu bir daha anladı.
     İşğalçı ölkənin aprelin 1-dən 2-nə keçən gecə təxribatlara əl ataraq mövqelərimizi iriçaplı silahlardan atəşə tutması ona baha başa gəldi. Rəşadətli ordumuzun bir həmləsi ilə erməni işğalçılarının canlı qüvvə və texnika sarıdan böyük itkilər verməsi, Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı strateji əhəmiyyətli yüksəklikləri ələ keçirməsi düşmənin silahlarını ataraq, səngərləri boşaldıb qaçmasına səbəb oldu. Bu, ordumuzun qüdrətini, işğal altındakı torpaqları geri qaytarmaq iqtidarında olduğunu göstərdi. Lakin ölkəmiz regionda sülh istəyir. Ona görə də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında demişdir: “Biz sülh istəyirik, biz heç kəsin ölməsini istəmirik. Ermənilər bizim torpaqları zəbt ediblər. Onlar ölmək istəmirlərsə, qoy rədd olub öz torpaqlarına getsinlər.”
     Sevindirici haldır ki, baş verən hadisələr zamanı gənclərimiz, Qarabağ əlilləri və veteranları, bütün xalqımız böyük ruh yüksəkliyi ilə ordumuza dəstək olmaq istədiyini nümayiş etdirdi. Onlar yekdilliklə bildirdilər ki, Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin əmri olarsa, döyüşə atılmağa hazırıq.
     Belə ruh yüksəkliyi respublikamızın ləzgi ictimaiyyəti arasında da hökm sürür. Ləzgi gəncləri bu gün Azərbaycan əsgəri adını ləyaqətlə daşıyır, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri ilə birlikdə Vətəni qəhrəmancasına müdafiə edirlər. Düşmənlərimiz bilmirlər ki, Azərbaycan xalqlarının birliyi sarsılmazdır. Yüz illərin sınağından çıxmış bu birliyin qarşısını almaq mümkün deyil. Qoy nankor düşmənlərimiz gücümüzü bundan sonra da görsünlər. Yaxın vaxtlarda daha böyük uğurlar qazanacağımıza əmin olsunlar. Bu gün hər birimiz Milli Ordumuzun cəbhədəki son uğurlarından ruhlanır, qürur hissi keçirir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında daha da sıx birləşir, işğal olunmuş torpaqlarımızın tezliklə geri qaytarılması üçün səylə çalışırıq.
 
 
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
КцIар шегьер КцIарин мярекат Кьве хтул Сейлибурун кьилив ЧIалаз икрам ийин
Статьи из этой рубрики
Женихов хоть отбавляй… Китай отойдет от курса «один ребенок» Дагестанская цитадель «Инкубаторы» для подкидышей День открытых дверей
ЦIИЙИ ТИЛИТ
№: 7(323)
август, 2018

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ