Taleyimə minnətdaram
Редакциядиз чар  |  3(297) 2016      
     Əsl ziyalılıq və müdriklik insanlara Allahın verdiyi ən yüksək keyfiyyətlərdəndir. Bunları qazanan insanlar ətrafına işıq saçan günəşə bənzəyirlər. Günəş nə doğur, nə də batır, o daim eyni vəziyyətdə dayanır, biz onun ətrafında fırlandıqca o, çəkilir və yenidən görünür. Ziyalı  müdrikliyi də belədir. Nə yaxşı ki, bizə yol göstərən, bizi ardınca aparan müdriklərimizin əməlləri yaşayır. 
     Yaşa dolduqca taleyimdə rol oynamış bir çox insanları tez-tez xatırlayıram. Söhbətim onlardan biri haqqındadır.
      Heç gözləmədiyim halda akademik Məcid Rəsulovun tələbəsi oldum. 1970-ci ildə  universitetin 3-cü kurs tələbəsi ikən Məcid müəllim  bizə riyazi fizika tənlikləri fənnindən mühazirələr oxuyurdu. O zaman hər həftənin çərşənbə axşamı saat 1345 - də fizika tənlikləri kafedrasında elmi seminar keçirilərdi. Mən dəvətsiz həmin seminarlara gedər və bütün çıxışları dinləyərdim. Mənim bu iştirakım kafedrada  təəccüb yaratsa da, heç kim məndən  məruzəçilərin söylədiklərini başa düşüb-düşmədiyimi  soruşmazdı. Buna görə onlara minnətdar idim. 
     Həmin seminarlarda iştirak etmək həvəsini isə məndə, o zaman Məcid müəllimin diplomçusu olan Yusif Məmmədov yaratmışdı. Yusif həmin seminarlarda elmi məruzələrlə də çıxış edirdi. Yusif Məmmədov Məcid müəllimin davamçısı olaraq, onun  atalıq qayğısını layiqincə doğrultdu. Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan MEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Yusif Məmmədov hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorudur.
      4-cü kursda, tələbələrin ixtisas təyi­natı zamanı mən riyazi fizika tənlikləri kafedrasını seçdim, Məcid müəllim diplom rəhbərim olmağa məmnuniyyətlə razılıq verdi. 
Universiteti  başa vurduqdan sonra mən iki il hərbi qulluqda oldum. 1974-cü ildə Universitetin Hesablama Mərkəzində işə başladım. Məcid müəllimin dəvəti ilə 1975-ci ildən etibarən fizika tənlikləri kafedrasında əvəzçilik üzrə müəllim kimi fəaliyyətə başlamağımdan artıq 40 il keçir. Bəli, 40 ildir ki, mən fasiləsiz  olaraq  burada çalışıram. 
     Məcid müəllimlə təmasda olduğum  illərdə mən ondan çox şey öyrəndim. Onun tələbələrinə olan səmimi münasibətini hamı yaxşı xatırlayır. 4-cü kurs tələbəsi ikən Məcid müəllim məni öz evinə dəvət etmişdi. O, yeni kitabı üzrə işləri tamamlayırdı, mən isə ona texniki kömək göstərirdim. Həyat yoldaşı Qumru xanım bizi növbənöv şirniyyat düzülmüş çay  süfrəsinə qonaq etdi və biz də məmnuniyyətlə onun təklifini qəbul etdik. Məcid müəllimin sadəliyini və mehribanlığını görmək çox xoş idi.
Bir müddət sonra onun necə görkəmli alim olduğunu biləndə, təltifləri, elmi nailiyyətləri haqda məlumat alanda heyrətə gəldim.
     Məcid müəllimin sözübütövlüyü, möhkəm iradəsi, prinsipiallığı hamıya bəlli idi. Onun hər hansı bir elmi nəticə barədə verdiyi müsbət və ya mənfi rəyin obyektivliyi müzakirə mövzusuna çevrilmirdi, elmi aləm tərəfindən sözsüz qəbul edilirdi. Sovet dövründə respublika alimlərinin az bir qismi ümumittifaq miqyaslı elmi jurnalların redaksiya heyətlərinin üzvü seçilə bilirdi. Məcid müəllim isə uzun illər ərzində beynəlxalq miqyasda tanınan “Diferensial  tənliklər” jurnalının redaksiya heyətinin üzvü idi. Hələ tələbəlik illərindən məni Məcid müəllimin hər bir işdə düzgünlüyü, özü­nə və tabeliyindəki işçilərinə qar­şı tələbkarlığı  heyrətləndirirdi. Ka­fed­ra müdiri, professor, Elmlər Aka­demiyasının müxbir üzvü olarkən belə, o heç vaxt öz mühazirələrini buraxmaz, heç kəsə onları həvalə etməzdi. Mühazirələri  isə o, əla aparardı! 
Həyatının son illərində biz daha da yaxın olmuşduq və ailəvi dostluq edirdik. O, yay aylarında Qusarda istirahət etməyi sevirdi. Mənə və Yusifə Məcid müəllim və Qumru xanımla birlikdə çoxlu vaxt  keçirmək səadəti  nəsib olmuşdu.  Məcid müəllimin geniş  dünyagörüşü məni valeh edirdi. Onun da mənimlə ünsiyyət saxlamaqdan,  həmsöhbət olmaqdan xoşlandığını hiss etdiyimdən bundan qürurlanırdım. Lakin təəssüf ki, bizim dostluğumuzun ömrü 1993-cü ildə, Məcid müəllimin qəflətən və vaxtsız  ölümü nəticəsində bitdi.
     Onunla bağlı yaddaşımda bir çox işıqlı xatirələr qalıb. Taleyimə minnətdaram ki, o, mənə həyatda belə bir Müəllim bəxş  etdi.  Azərbaycanın qeyrətli və xeyirxah övladı kimi o,  bütün şüurlu  ömrünü  elmə, cəmiyyətə, gələcək nəsillərə həsr etdi. Həyatda nə qazandısa, nəyə nail oldusa, öz gücünə arxalanıb, halallığı, düzlüyü, mənəvi  saf­lığı bayraq edə­rək qazandı və şə­rəfli bir həyat yolu keçdi. 
Allah Məcid mü­əllimə rəhmət elə­sin!  Qəbri nurla dolsun!
 
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
КцIар шегьер КцIарин мярекат Кьве хтул Сейлибурун кьилив ЧIалаз икрам ийин
Статьи из этой рубрики
Хайи чIалан къадир хьуьх КТАБАР КIАНЗАВА Жуввал гьикI хуьда? Маршалдин чар Кьурагь дередин тават
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ