ЦIийи ктабар | 2(296) 2016


“Azərbaycan - elmi iş” beynəlxalq elmi-nəzəri jurnalının ötən il işıq üzü görmüş 38-ci sayı xüsusi buraxılış kimi ləzgilərin qədim və ən gür bayramı sayılan Yaran suvar (Bahar bayramına) və bu bayramla bağlı zəngin folklor materialları toplamış, 2009-cu ildə vaxtsız dünyasını dəyişmiş şairə Əfruz Rəhimovanın yaradıcılığına həsr olunmuşdur. Şairə hələ 2006-cı ildə topladığı materiallar əsasında qələmə aldığı “Yaran suvar” (“Bahar bayramı”) pyesini kitab şəklində çap etdirmişdir. O, eyni zamanda bayramla bağlı folklor materiallarını Azərbaycan dilinə çevirərək, ayrıca kitab kimi buraxmağı qərara almışdı. Təəssüf ki, şairənin arzusu həyata keçmədi. Xüsusi buraxılışda həm bu məsələlərdən, həm də müxtəlif folklor nümunələrindən ətraflı söhbət açılır.
AMEA Folklor İnstitutunun böyük elmi işçisi Sahibə Sədnikqızının tərtib etdiyi xüsusi buraxılışda onun “Əfruz xanımın əziz xatirəsinə” sərlövhəli məqaləsi diqqəti çəkir. Müəllif bu yazıda ləzgi folkloru və Ə.Rəhimovanın yaradıcılığı haqqında maraqlı fikirlər söyləyir. Jurnalda həmçinin şair Müzəffər Məlikməmmədovun “Bənzərsiz folklor numunələri” məqaləsi, Ə.Rəhimovanın Qusar bölgəsindən topladığı bayatılar (ləzgi və Azərbaycan dillərində), onun “Ləzgilərin bahar bayramı” adlı oçerki, Azərbaycan dilində “Yaran suvar” pyesi, həmçinin şeirləri dərc olunmuşdur.
“Azərbaycan - elmi iş” jurnalının redaksiyası ləzgi folkloruna və onun layiqli tədqiqatçılarından birinə xüsusi buraxılış həsr etməklə xeyirxah və təqdirəlayiq iş görmüşdür.

Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий