Ləzgi kəndi Sumağallı
Чи хуьрер  |  2(296) 2016      
     Sumağallı İsmayıllı rayonunun qədim ləzgi kəndlərindən biridir. Onun tarixi erkən  tunc dövrünə, yəni bizim eradan əvvəl  IV minilliyin ortalarına gedib çıxır. Bunu təsdiqləyən faktlar və eksponatlar Su­mağallı kənd tam orta məktəbində fəa­liyyət göstərən tarix-diyarşünaslıq mu­zeyində saxlanır. Muzeyə baxmağa gə­lən Azərbaycan MEA-nın Arxeologiya İnstitutunun əməkdaşları kəndimizin ta­rixinin yuxarıda söylədiyim kimi olduğunu təsdiqləmişlər. Kəndimizin adı isə qədim ləzgi tayfası “Sumuğlar” sözündən götürülmüşdür. 
     Təbiət kəndimizdən heç nə əsirgəməmişdir. Onun əlverişli coğrafi  mövqeyi, yaşıl meşələri, çağlayan bulaqları, uca dağları, yaz və payız aylarında coşub-daşan Göyçay çayı, təmiz havası, ən başlıcası isə saf, təmiz qəlbli insanları var. Qədim ləzgi kəndi kimi Sumağallı özünəməxsus adət-ənənələri, zəngin mətbəxi ilə seçilir.     Bizdə ağsaqqal sözünə hörmət, iş və söz birliyi, böyük-kiçik yerini bilmək həmişə olub və olacaqdır.
     Son bir neçə ildə Sumağallı kəndində böyük dövlət layihələri həyata keçirilmişdir. 2013-cü ildə kəndin ya­xınlığında, Göyçay çayı üzərində ti­kilmiş su elektrik stansiyasının açılışını Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev şəxsən özü etmişdir. İkinci stansiyanın açılışı isə bu il gözlənilir. 2014-cü il noyabrın 17-də Sumağallıda 40 yerlik müasir tipli uşaq bağçasının açılışı olmuşdur. Kənd sürətli internet xidməti ilə təmin olunmuşdur. 
     2014-cü ildə biz Azər­baycan Res­publikası  Kənd İn­vestisiya Layihəsi ilə əmək­daşlığa başladıq.  Dün­ya ban­kı ilə Azərbaycan höku­mətinin birgə həyata keçirdiyi bu layihə kəndlərin sosial-iqtisadi inkişafı, infrastruktur layihələrin reallaşdırılması, kənd əhalisinin rifahının yax­şılaşdırılması üçün nəzərdə tu­tulmuşdur. Layihənin kən­də cəlb edilməsi üçün bi­rinci şərt kənd camaatının birliyini – icma səfərbərliyini nümayiş etdirməkdir. Biz bunu bacardıq. 2014-cü il aprel ayının 15-də icma səfərbərliyi – yəni kəndin yetkinlik yaşına çatmış əhalisinin 15 dəqiqə ərzində kəndin mərkəzinə top­laşması layihənin səfər­bər­lik üzrə təlimçilərini tə­əc­cübləndirsə də, bizi tə­əc­cübləndirmədi.  Kənd ca­maatının yekdilliyi, birliyi bir daha təsdiqləndi. Layihənin kəndə gətirilməsində kənd bələ­diyyəsinin sədri Ata Rə­sulovun xidmətini xüsusi qeyd etmək lazımdır. Səfərbərlik zamanı icmanın qrup üzvləri – kəndin liderləri seçildi. Seçki camaatın gizli səsverməsi ilə həyata keçirildi. Ata Rəsulov, İlkin Salahov, Teymur Mir­zəyev, Luiza Tahirova, Oqtay Aslanov, Sənubər Babayeva, Sərvər Musayev, Vidadi Xə­lilov və bu sətirlərin müəllifi  icma üzvləri seçildilər. Son­ra kəndin problemləri araş­dırıldı, onlardan 5 mü­hümü ortaya çıxarıldı. Ca­maatın səsverməsi ilə kən­darası yol­ların təmiri prob­le­mi ön sıraya çıxarıldı. Sə­fər­bər­likdən sonra seçilmiş li­derlərlə layihənin həyata ke­çirilməsi üzrə təlimlərə başlandı. İyun ayında yol layihəsi həyata keçirildi. Ümumi uzunluğu 6650 metr, eni 3 metr olan kəndarası yollara qum, çınqıl döşəndi, 7 yerdə su keçidi quraşdırıldı. Layihənin həyata keçirilməsi üçün icma da öz töhfəsini verdi: layihənin dəyərinin iki faizi qədər pul töhfəsi və səkkiz faiz əmək töhfəsi. 
     2015-ci ilin fevral ayında təcrübə mübadiləsi məq­sədi ilə İsmayıllı və Qəbələ rayonlarının icmaları kəndi­mizdə seminara toplaş­dılar. Sentyabr ayında isə Azərbaycan Kənd İnvestisiya Layihəsinin 7-ci forumu  keçirildi. Bizim icmamız da qabaqcıl icma kimi foruma dəvət olundu. Forumun iş planı çərçivəsində sentyabrın 27-də cənub zonasının icmaları Sumağallıda “İcma işində qadın iştirakı” mövzusunda seminar keçirdilər. Müzakirə olunan mövzu ilə bağlı icmamız özünün nümunəvi işini ortaya qoydu. Seminarın sonunda icmamız nümunəvi icma kimi Az.KİL-in  xatirə hədiyyəsi ilə mükafatlandırıldı.
      2016-ci il yanvarın 26-da icmamız Az.KİL-in  növbəti konfransına dəvət aldı. Konfransın işində bu sətirlərin müəllifi “Layihənin icrası zamanı daxili və xarici resursların əhəmiyyəti” mövzusunda təqdimat verdi. 
      Sumağallı kəndində dövlətin və digər təşkilatların həyata keçirdikləri layihələr kənddə həyat səviyyəsinin yüksəlməsinə təkan vermişdir. Kənddə işgüzar və ziyalı bir mühit formalaşır. Bu mühiti yaradan və qoruyan insanlar bizim ən qiymətli sərvətimizdir.
 
 
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
«Сувар» ансамблдин 20 йис! Юбилей къейд ийида Хайи чIалаз икрамзава Уфтан хьана Кусары - столица фольклора
Статьи из этой рубрики
И чил хайи диге я И чил хайи диге я И чил хайи диге я Туьркиядин лезги хуьр Дуьмберез АрхитIрин дегь гелер
ЦIИЙИ ТИЛИТ
№: 11(316)
декабрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ