Müasir aforizmlər
Редакциядиз чар  |  1(295) 2016      
     
 
    Hazırkı dövrdə insan elektromaqnit dalğalarından toxunmuş hörümçək toruna düşüb çabalayan ariya bənzəyir. Hörümçək yavaş-yavaş öz qurbanına yaxınlaşmaqdadır...
 ***
     Görəsən M.Ə.Sabirin əsərlərinin qəhrəmanları neçənci əsrə kimi bizimlə yanaşı olacaqlar?! (bu əsr artıq məlumdur - bir addım da bir-birimizdən aralanmamışıq).
  ***
     Manatın məzənnəsinin dəyiş­məsindən onu başa düşdüm ki, bu pul  sandıqlarda yığılmaq üçün deyil, yalnız gündəlik təlabatı ödəmək üçündür.
  ***
     Lap yaxşı oldu ərzağın qiyməti qalxdı. Biz nə vaxtacan ucuz ərzaq yeyəcəyik? 
 ***
     Hamı qocalır, lakin ləyaqətlə qocalmağı az adam bacarır.
  ***
     Son zamanlar bir çox insanlar talelərindən şikayətlənməyə başla­yıblar. Əslində isə talelər onlardan şikayətlənməlidir - zəifliklərinə və passivliklərinə görə.
  ***
     Məncə, indiki zamanda ən axmaq sual - xoşbəxtsənmi? – deyə soruşmaqdır. Bilə-bilə ki, bu dünyada xoşbəxtllik yoxdur.
   ***
     İnformasiya - yediyimiz çörək ki­midir. Fərqi bundadır ki, artıq informasiya beynimizi, çörək isə bədənimizi korlayır.
  ***
     Məndən soruşdular: hansı cihazın kəşfinə sevinərdin? İnsanların içindəki «zəhəri» soran cihazın, - deyə cavab verdim.
  ***
     Yaşadığımız cəmiyyətdə gen­der bərabərsizliyi yox, vətəndaş bərabərsizliyi problemi var.
    ***
     Ailə əks cinslərin vəhdətidir, atomda elektronla proton arasında olduğu kimi. Buna görə də bu birlik atomdakı kimi gərək möhkəm və daimi olsun.
  ***
     Zəmanəmizdə ağıllı olmaq o qədər də vacib deyil. Kifayətdir ki, özünü ağıllı göstərməyi bacarasan.
    ***
     İnsan həyatında ən böyük nailiyyət özünü sona kimi dərk etməkdir.
 *** 
     Xoşbəxt o kəs deyil ki, dövləti, malı çox olsun.  Xoşbəxt o kəsdir ki, olanı ilə kifayətlənib şən və  qayğısız  yaşasın.
  ***
     Bu dünyada hər şeyi axtarıb tapmaq olar, sevgi və ölümdən başqa. Vaxtı çatanda bunlar özləri gəlir.
  ***
     Mənim qatı düşmənim - zamandır. O, dalımca böyük sürətlə qaçaraq mənə çatmağa can atır.
  ***
     Görəsən dünyadakı haqsızlıqları ölçmək üçün hansı ağırlıqda çəki daşları lazım olar?!
 ***
     İnsanın «çəkisi» bədəninin çəkisiylə yox, beyninin çəkisiylə ölçülür.
 
             

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Бакуда лезги караоке РикIериз экв чукIурзавайди Открылся дом дружбы Зун гъурбатдиз акъатна
Статьи из этой рубрики
Хайи чIалан къадир хьуьх КТАБАР КIАНЗАВА Жуввал гьикI хуьда? Маршалдин чар Кьурагь дередин тават
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ