“Hacı Davud” Türkiyədə
Новости на все голоса  |  9(292) 2015      
     Tanınmış yazıçı-jurnalist Müzəffər Mə­lik­məmmə­dovun “Ha­­cı Davud” ki­ta­bı Azər­bay­canda və Da­ğıs­tanda ol­duğu kimi, Tür­kiyədə də böyük ma­raq do­ğurub. Türkiyədə çap olunan “Dağıstan” jur­­nalı bu ilki 2-сi sa­yında M.Məlikməm­mə­do­­vun yaradıcılığı haq­qında ət­raflı məlumat vermiş, onun “Hacı Da­vud” ki­ta­bından parçalar dərc etmişdir. Materialı  re­daksiyaya təqdim edən əslən Azər­bay­canın Quba rayonundan olan, hazırda İz­mirdə yaşayan Türkiyə və­təndaşı Ab­dulla Qubalıdır. O, “Hacı Davud” kitabını türk dilinə tərcümə edib yerli nəşriyyatlara təqdim etmək niy­yətindədir.
     Redaksiya ilə telefon əlaqəsi saxlayan Abdulla Qubalının dediyinə görə, yenilməz sər­kərdə haqqında materiallar oxucular tə­rəfindən rəğbətlə qarşılanıb və ona görə də re­daksiya “Hacı Davud” kitabının ayrı-ayrı fə­sillərinin dərcini davam etdirməyi qərara alıb. 
     Türk oxucularının XVIII əsrin əv­vəllərində Səfəvi hakimiyyətinin zül­münə qarşı Dağıstanda və Azərbaycanda baş qaldıran xalq azadlıq hə­rəkatına rəh­bərlik etmiş görkəmli ləzgi sərkərdəsi Hacı Da­vudun həyat və fəaliyyəti ilə ma­raqlanması təsadüfü deyil. Bu qəh­rəmanın Türkiyə ilə əlaqələrini əks etdirən xeyli sə­nədlər var­dır. Alman ta­rixçisi J.Ha­mmerin “Os­man döv­lə­tinin tarixi” kita­bında qeyd edildiyi kimi, Hacı Da­vud həm Dağıstanda, həm də Şirvanda böyük nü­fuza malik idi. Şir­van əhalisi  elliklə türk hökumətinə müraciət edərək bil­dirmişdi ki, onların ölkə­sini İran şahının işğa­lından yalnız Hacı Da­vud xilas edə bilər və ona görə də qoy sultan bu sərkərdəni Şirvana xan təyin etsin. 
     Sonralar Rusiya Xarici Siyasət Arxi­vinin materiallarında göstərildiyi kimi, “ləzgi hakimi Davud bəyin cənuba doğru ye­riyərək, şah qoşunlarını bir-birinin ardınca məğ­lubiyyətə uğratması və İran sərhədlərinə doğru irəliləməsi Portanı onu tanımaq, Şirvan və Dağıstan xanı təyin etmək məcburiyyəti qarşısında qoydu.”
     1724-cü ilin iyunun 12-də İstanbulda Os­manlı imperiyası və Rusiya arasında bağlanan sülh müqaviləsi zamanı Hacı Davudun İran işğalçılarından azad etdiyi ərazilərdə yaratdığı dövlət rəsmi olaraq tanındı. Türkiyənin tə­bəəliyini qəbul etsə də, ondan asılı olmayan, müstəqil siyasət yeridən Hacı Davud iki imperiyanın yerli xalqların yüz illər boyu davam edən tarixi və iqtisadi əlaqələrini, etnik tərkibini nəzərə almadan Qafqazı necə gəldi bölməsinə qarşı qətiyyətlə mübarizə aparmışdı. Müstəqil siyasət yeritdiyinə görə Hacı Davuddan qurtulmaq istəyən Porta 1728-ci ilin mayında onu “nəzakət görüşü” adı ilə Gəncəyə dəvət etmiş, burada həbs edərək 4 oğlu, 2 qardaşı və bütün ailəsi ilə birlikdə Ərzuruma, oradan Kipr adasına göndərmişdir. 1735-ci ildə Geliboluya köçürülən Hacı Davud orada da vəfat etmişdir.
 
Aynur Baybulatova
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Ахцегь РикIелай тефир камалэгьли Дидедин фу Лезгийрикай цIийи фильм чIугунва С любовью к родному языку
Статьи из этой рубрики
Женихов хоть отбавляй… Китай отойдет от курса «один ребенок» Дагестанская цитадель «Инкубаторы» для подкидышей День открытых дверей
ЦIИЙИ ТИЛИТ
№: 11(316)
декабрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ