Qarabağ salnaməçiləri və ləzgilər
Тарихдин геле аваз  |  8(291) 2015      
     Azərbaycan tarixşünaslığında Qara­bağ xanlığının tarixi digər xanlıqlarla müqayisədə daha geniş işıqlandırılıb. Bu xanlıq haqqında 7 kitab yazılmış, çoxlu mə­qalələr və sə­nədlər çap edilmişdir. Rus jur­nalisti və hərbiçisi Platon Zubov 1843-cü ildə Moskvada “Qa­rabağ astroloqu və Şuşa qalasının 1752-ci ildə əsasının qoyulması” adlı kitab çap etdirmişdir. 
    Qarabağ tarixinin qələmə alın­masında XIX və XX əsr salna­məçiləri, məşhur “Qarabağ­na­mələr”in müəl­lifləri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qa­rabağinin, Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xə­za­ni­nin, Mirzə Rəhim Fənanın, Bahar­lının, Həsən İxfa Əlizadənin, Həsənəli Qaradağinin xidmətləri əvəzsizdir. Həmin mü­əlliflər azər­baycanlılarla yanaşı ləzgilərin də tarixinə, mədə­niyyətinə və adət-ənənələrinə yaxın­dan bələb idilər və bu, onların əsər­lə­rindən də bilinir.
     Mirzə Yusif üç il Dağıstanda gene­ral-leytenant Qriqori Orbelianinin yanında xidmət etmiş, 1856-ci ildə Temirxan-Şurada (Buynakskda) Mol­la Pənah Vaqifin və onun müa­sirlərinin əsərlərindən ibarət bir ədəbi məcmuə çap etdirmişdi. Mirzə Yusifin Rusiya hərbi komandanlığı ilə Şamil arasında aparılan yazışmalarda ya­xından iştirak etdiyi də məlumdur. O, özünün “Ta­rixi-safi” əsərində Qarabağ xanlarının ləzgilərlə və avarlarla yaxınlığı haq­qın­da bir sıra məlumatlar verib. İbrahimxəlil xan haqqında məlumat ve­rəndə o, yazmışdı: “Dağıstan öl­kə­sindən ona kömək gəlirdi və çox vaxt ləzgilərin qoşunlarını yanında qonaq sifətilə Qarabağ kəndlərinin hesabına sax­la­yırdı. İbrahimxəlil xan Qaradağ vilayətini də həmin ləzgi qoşununun köməyi ilə zəbt etdi.”
     Qarabağ xanlığının tarixinə dair ikinci əsərin müəllifi sayılan Mirzə Camal Cavanşir Qarabaği (1773-1853) ləzgilərlə daha yaxın idi. O, İbrahim xanın, sonralar Qarabağ xanlığı Rusiya himayəsinə keçdikdən sonra Mehdiqulu xanın yanında vəzir işləmişdi. 1855-ci ildə “Kavkaz” qəzetində Mirzə Camalın “Qarabağ tarixi” əsərinin tərcüməsini çap edən Adolf Berje eyni zamanda salna­məçinin qısa tərcümeyi-halı haq­qında da məlumat vermişdi. A.Berje yazmışdı: “Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa avar və ləzgi dillərini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşı məlumatı vardı, tibb elmini də öyrənmişdi, istefaya çıxdıqdan sonra ömrünün sonuna qədər xəstələri pulsuz müalicə edirdi.” (Bax: “Qavkaz” qəzeti, 1855, №61).
     Mirzə Camalın “Qarabağ tarixi” əsə­rinin bir fəsli “İbrahim xanın ni­zam-intizamı və hakimiyyəti zama­nın­da olan qaydalar haqqında” adlanır. Müəl­lif həmin fəsildə yazır: “Qarabağ ellərindən tövcü pulu alınmazdı. Lakin mahallardan və kəndlərdən hər il malçahat və tövçü yığılırdı. Hərdənbir Dağıstan ləzgi qoşunu gətirildikdə ləzgi qoşununun məvacibini ödəmək və ləzginin itmiş və ya ölmüş atının əvəzini vermək üçün ellərdən tövcü pulu, sursat, taxıl, qoyun və mal alı­nardı. Adları nökər və qoşun dəf­tərində qeyd olunmuş nökər və qoşun əhlindən heç bir şey alınmazdı. Onlar məaf idilər. Onların taxılı, atı və başqa ehtiyacı xanın öhdəsində idi.”
     Ləzgilərin Qarabağ xanlarına kö­məyindən bəhs edən müəlliflərdən biri də Mirzə Rəhim Fəna olmuşdur. O, Xan qızı adı ilə məşhur olmuş Xur­şud Banu Natəvanın yanında xid­mət etmiş, 1864-cü ildə Şuşada “Məc­lisi-Üns” ədəbi məclisini yarat­mışdır. O, özünün “Tarixi-cədidi-Qa­rabağ” əsə­­rində yazır: “1199-cu ildə (1784) Qu­balı Fətəli xan həm Qarabağ üzə­rinə qərabül qəsdi ilə gəlib və qarət edibdi. Avarlı Ümmə xan ki, o vaxt İbrahim xana qız verib, onunla həqqi-qərabəti var imiş, bu xəbəri eşidib İbrahim xan Fətəli xana müqabilət edə ya etməyə İbrahim xana havadar çıxmaq niyyəti ilə 3000 nəfər ləzgi qoşunu Qarabağa göndərər ki, əhya­nən Fətəli xan bir də Qarabağa gəlsə, onunla müqabilət etsinlər. Bu qəsd ilə ləzgi qoşunu 3 ay Qarabağda oturub Fətəli xan gəl­mədiyinə qayı­dıblar Dağıstana.”
     Ləzgilər haqqında Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və İbrahim xanın Qarabağda haki­miy­yət­ləri və o zamanın hadisələri”, Mir Meh­­di Xəzaninin “Kitabi-tarixi-Qara­bağ” əsərlərində də xeyli mə­lumat ve­rilmişdir. Həsən İxfa Əlizadə özünün “Şuşa şəhərinin tarixi” əsə­rində qeyd edirdi ki, “zərurət zamanı ləzgilərdən ibarət cəsur əsgərlər qarabağlıların köməyinə gəlirdilər.” O, həmçinin İbrahimxəlil xanın Qa­radağ vilayətinə, Xoya, Şahsevənə, Gəncəyə və başqa vilayətlərə yü­rüşləri zamanı ləzgilərin göstərdikləri şücaətlərdən söhbət açır.
 
 
 

Комментарии к статье

Mina xanım   11.07.2017 08:27
Mən geniş mənada Dağıstanlılar demək istəyirəm: Azərbaycanda erməni-rus qüvvələri 1918 ilin martında Bakı əhalisinə qanlı divan tutanda Hotsalı Nəcməddin əfəndi öz birlikləri ilə köməyimizə gəlib Bakı altında Xırdalan- Biləcəri ərazisində döyüşə girmişdi. Sonra Azərbaycana köməyə gələn Nuri paşa komandasında Türkiyə əsgərləri və yerli könüllülərlə birlikdə "Dağıstan alayı" da döyüşürdü. Bakını düşmənlərdən azad edilməsində (15 sentyabr 1918) onların böyük köməyi oldu. Bu qardaşlığımızın gücü idi

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я ЧIехи Сувар Лезги чIал гьикI хуьн? Масадан тIал Хъсанвилиз писвал
Статьи из этой рубрики
РикIелай ракъурдач Чун гьикI муьтIуьгъарзавай? Bakıya köməyə gələn ləzgilər ЧIехи амадаг Чун гьикI муьтIуьгъарзавай?
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ