“Ləzgicə-azərbaycanca lüğət”in təqdimatı
ЦIийи ктабар  |  5(288) 2015      

      Mayın 6-da Bakının Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan” nəşriyyatı tərəfindən çap olunmuş “Ləzgicə-azərbaycanca lüğət” kitabının təqdimatı keçirilmişdir. 70 min lüğət vahidindən ibarət, 800 səhifəlik bu nəşrin geniş ictimaiyyət nümayəndələrinə çatdırılması mərasimində bayram əhval-ruhiyyəsi hökm sürmüşdür.

      Tədbiri “Samur” Ləzgi Milli Mərkəzi İdarə He­yətinin sədri Şair Həsənov açdı. O, bu təqdimatın mul­ti­kulturalizm ənənələri ilə dünyada tanınan Azərbaycanda tolerantlıq nümunəsi, “Ləzgicə-azərbaycanca lüğətin” nəşrinin respublikamızın mədəni həyatında böyük hadisə olduğunu qeyd edərək tədbiri apar­maq üçün sözü kitabın müəl­lif­lərindən biri olan “Samur” qəze­tinin baş redaktoru Sədaqət Kəri­movaya verdi.

     S.Kərimova tədbirə ğələn qo-naqlara, kitabın hazırlanmasına mə­nə­vi dəstək verən Samur LMM-ə, onun sədri Şair Həsənova, çapa maddi yardım göstərən “Asnaf” şirkətinin rəhbəri Maksim Cavado­va öz minnətdarlığını bildirdikdən sonra lüğətin məziyyətlərindən danışdı. 

     Digər müəllif, “Samur” qəzeti redaktorunun müavini Müzəffər Məlikməmmədov ləzgi dilində lü­qə­t­lərin hazırlanması tarixindən söhbət açdı və oxuculara təqdim olu­nan nəşrin özəllıklərindən söh­bət açdı.
     Azərbaycan Respublikası millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət xid­mətinin baş məsləhətçisi Müzəffər Talıblı böyük zəhmətin bəhrəsi olan “Ləzgicə-azərbaycanca lü­ğət”in hər iki xalqın mədəniyyətinə böyük töhfə olduğunu qeyd edib, xalqlar arasında dostluğa xidmət edən belə bir kitaba görə həm­karları Sədaqət Kərimovanı və Müzəffər Məlik­məmmədovu ürək­dən təbrik etdi, onların bir insti­tutun işini gördük­lərini diqqətə çatdırdı. 
     Lügətin rəyçilərindən biri, pe­da­qogika elmləri doktoru, Rusiya Pedaqoji və Sosial Elmlər Aka­demiyasının akademiki Əjdər Ağa­yev də böyük bir institutun uzun illər ərzində ərsəyə gətirdiyi bir işi iki insanın gördüyünə heyran olduğunu etiraf etdi və lüğət hazırlamaq kimi böyük və çətin işin öhdəsindən şərəflə gəlməkdə Sədaqət Kərimovaya və Müzəffər Məlikməmmədova onların peşə­kar­lıqlarının, hər iki dili mü­kəm­məl bilmələrinin kömək etdiyini vurğuladı. 
     «Azərbkollektiv Təsər­rüfat­ararası Sağlamlıq» Respublika Birliyinin sədri İmran Rzayev “Ləzgicə-azərbaycanca lüğət”in uzun illər çəkilən gərgin zəhmətin bəhrəsi olduğunu göstərərək, xal­qımızın çoxdan gözlədiyi bu kitabı araya gətirdiklərinə görə müəl­liflərə, həmçinin lüğətin çapına kömək göstərmiş tanınmış iş adamı Maksim Cavadova minnətdarlığını bildirdi.
      “Kirpi” jurnalının baş redaktoru Polad Qasımov “Ləzgicə-azərbaycanca lüğət”in işıq üzü görməsini tarixi hadisə adlan­dı­raraq, həmkarlarının bu kitabla öz­lə­rinə diri ikən abidə qoyduqlarını söylədi.
     Yazıçı, əməkdar jurnalist Flora Xəlilzadə kitabı görüb heyran ol­duğunu qeyd edib, onun müəl­liflərinə dövlət mükafatının veril­məli olduğunu dilinə gətirdi. 
Azərbaycan Milli Elmlər Aka­de­miyası Folklor İnstitutunun direktor müavini Əli Şamilov zala daxil olanda onun dolu olduğunu, ayaqüstə duranların da olduğunu görüb sevindiyini, bunun lüğətə böyük ehtiyacın və ehtiramın gös­təricisi olduğunu qeyd edərək, əslində belə lüğətin 150 il əvvəl çap olunmalı olduğunu, həm­karları Sədaqətlə Müzəffərin Azər­bay­canda belə bir kitabı burax­dıq­larından qürur duyduğunu göstərdi.
      “Asnaf” MMC-nin baş direktorunun müavini Asəf Davıdov xalq üçün lazımlı olan belə sanballı lüğət hazırladıqlarına görə tanın­mış qələm sahibləri Sədaqət Kəri­movaya və Müzəffər Məlikməm­mədova minnətdarlıq edərək, onlara yeni yaradıcılıq uğurları arzuladı.
     “Azərbaycan” nəşriyyatının iq­ti­­sadiyyat şöbəsinin rəisi Afik Vəlimətov “Ləzgicə-azərbaycanca lüğət”in çapdan çıxmasının ləzgi və Azərbaycan dilçiliyində böyük hadisə olduğunu qeyd edərək, gələcəkdə “Azərbaycanca-ləzgicə lüğətin” də işıq üzü görməsinin məqsədəuyğunluğunu diqqətə çatdırdı.
      Kitabla əlaqədar çıxış edərək təəssüratlarını bölüşənlər arasında akademik, Azərbaycan Respub­likası Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Kamil Aydazadə, BDU-nun professoru, fizika elmlə­ri doktoru Sərhəddin Abdullayev, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov, “Texnomost” şirkətinin direktoru Natiq Əliyev, Azərbaycan Dövlət Texniki Universitetinin dosenti Hətəm Şahmuradov, Azərbaycan Silahlı Qüvvələ­rinin ehtiyatda olan pol­kovniki Şair Ramaldanov, tanınmış ziyalı, el ağsaqqalı  Rauf Məmmədzadə, ta-nın­mış həkim Səfərbəy Səfərbə­yov, Respublika Nobel İnforma­siya Mərkəzinin rəhbəri Bəybala Ələsgərov, “Söz” jurnalının redak­toru Sevda Əlibəyli, Azərbaycanın Əməkdar həkimi Asim Uluxanov, “Samur” qəzetinin təəssübkeşi Oruc Orucov, Azərbaycanın Alban Udin İcmasının sədri Robert Mobili, tarixçi Dilbər Ağayeva, “Alam” jurnalının redaktoru Kam­ran Qurbanəliyev, gənc iq­tisadçı Gülnara Qaraxanova, talış icma­sının nümayəndəsi İradə Məlik­zadə və başqaları var idi. Onlar müəllifləri yeni nəşr münasibətilə təbrik edib yeni uğurlar arzuladılar. 
 
(İxtisarla çap olunur)
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я СтIал Сулейманаз гуьмбет хкажна Армяне обиделись на лезгин Илимдин экуь гъед Хъсанвал жувахъ элкъведа
Статьи из этой рубрики
ЧIехи алимдиз гуьмбет С любовью к родному краю “Гьажи Давуд” ктабдикай веревирдер Чаз ихьтин ктабар кIанзава Большой вклад в историю
ЦIИЙИ ТИЛИТ
№: 8(324)
сентябрь, 2018

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ