115-ci ad günü
Новости на все голоса  |  4(287) 2015      
 
     Bu yaxınlarda mən Oguz rayonunun Astraxanovka kəndinin sakini, Azərbaycanın ən qocaman sakinlərindən biri olan Zeynəb nənəyə baş çəkməyə getmişdim.
     Sözün düzü, 115 yaşında bir nənəni şəkildə gördüyünüz kimi gümrah təsəvvür etmirdim. Yaşından çox-çox cavan görünən bu ağbirçək heç kəsin köməyi olmadan, rahatlıqla özünü idarə edir, evdə, eşikdə xırda-para işlər də görür. İynəni asanlıqla saplayan nənənin görmə qabiliyyəti çoxlarına təəccüblü görünər.
     Onun yaşına inanmadığımı görən Zeynəb nənə mənə pasportunu göstərdi. Orada yazılmışdı ki, Kərimova Zeynəb Əhməd qızı 1900-cu ildə Oguzun Qarabulaq kəndində anadan olub.  Hal-hazirda nənənin 11 övladından 3-ü sağdır. 7 nəvəsi, 12 nəticəsi, 5 kötücəsi olan onun 5,30 ha pay torpağı, 3 otaqli evi var. Dövlətdən qocalığa görə 140 manat təqaüd alan bu mehriban və səmimi nənənin möhkəm yaddaşı və iti hafizəsi hamını heyrətə salır. Bu, ləzgi nağılları və bayatıları söyləyəndə xüsusilə üzə çıxır.
      Azərbaycanın dilbər guşələrindən olan Oğuz rayonu uzunömürlülər diyarı kimi tanınır. Hazırda rayonda yaşı yüzü ötmüş 4 ahıl var. Fərəhli haldır ki, aprelin 8-də rayon rəhbərliyi Zeynəb nənənin qonağı olub, rayonun ən yaşlı sakinini doğum günü münasibətilə təbrik edib, əhvalı ilə maraqlanıb, ona xalça bağışlayıb. Görüşdə iştirak edən həkim briqadası Zeynəb nənəni tibbi müayinədən keçirib. Onun səhhətində ciddi problem qeydə alınmayıb. Ağbirçək nənə üçün tort kəsilib, çay süfrəsi açılıb.
 
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Фадлай хьана кIанзавайди тир Волгоградда дидед чIал чирзава Лезги чIал кIанарзава Розадин мурад
Статьи из этой рубрики
Женихов хоть отбавляй… Китай отойдет от курса «один ребенок» Дагестанская цитадель «Инкубаторы» для подкидышей День открытых дверей
ЦIИЙИ ТИЛИТ
№: 11(316)
декабрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ