Örnək
Böyük Qələbənin 70 illiyi Чешне къачу!  |  4(287) 2015      
     Bu il mayın 9-da bütün tərəqqipərvər bəşəriyyət Bö­yük Vətən müharibəsində sovet xalqının alman faşizmi üzə­rində çaldığı Böyük Qələbənin 70 illiyini təntənə ilə qeyd edəcək. 
     Böyük qəhrəmanlıqlar, misilsiz şücaətlər bahasına qa­za­nılmış həmin tarixi qələbədə milyonlarla insanın əməyi vardır. Onlardan biri - Şixnəbi Şahvələd oğlu Şix­nəbiyev Böyük Qələbəyə cəmi bir il qalmış dünyasını dəyiş­mişdir. 
     1924-cü ilin mayın 8-də Qusar rayonunun Ukur kəndində anadan olmuş Şixnəbi Şixnəbiyev  dəmirçi Şahvələdin 5 övladından biri idi. Üç oğlan və iki qız böyüyən bu ailədə Şixnəbi hələ uşaqlıqdan oxumağa olan həvəsi ilə seçilmişdir. Ukur kəndində ibtidai məktəbi bitirdikdən sonra o, qonşu Həzrə kəndində təhsilini davam etdirir. Hər gün 4 km yolu piyada gedib-gələn bu çəlimsiz uşaq həm tərbiyəsi, həm də oxumaq şövqü ilə müəllimlərinin diqqətini cəlb edir. 
     Həkim olmaq həvəsi ilə sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verən gəncin arzularını müharibə yarınçıq qoyur. Qusar Rayon Hərbi Komissarlığı tərəfindən Qızıl Ordu sıralarına göndəriləndə onun 18 yaşı yenicə tamam olmuşdu.
     Böyük Vətən müharibəsi onun üçün Şimali Qafqazdan başlanır. Uzun və əzablı, qanlı-qadalı cəbhə yollarından keçən, hər gün ölümlə üz-üzə gələn qorxmaz döyüşçü Şixnəbi Şixnəbiyev dəfələrlə qəhrəmanlıq və rəşadət nümunələri göstərir. Dnepr çayı ətrafında gedən gərgin döyüşlərdə isə o, xüsusilə seçilir. Buna görə dəfələrlə Ali Baş komandan İ.V.Stalinin təşəkkür məktublarını alır. 1945-ci ildə  Böyük Qələbənin sonsuz sevincini o, Avstriyanın Qrats şəhərində yaşayır. 
     Müharibə illərində iki dəfə ağır yaralanıb, yenidən döyüşlərə qoşulan cəsur döyüşçü, pulemyot tağımının komandiri, leytenant Ş.Şixnəbiyev iki dəfə Qızıl Ulduz ordeni, o cümlədən I və II dərəcəli Böyük Vətən müharibəsi ordenləri, “İgidliyə görə” medalı və başqa medallarla təltif olunur. 
    Saysız-hesabsız savaşlarda əzmkarlıq göstərən, çətin sınaqlardan üzüağ, alnıaçıq çıxan Şixnəbi Şixnəbiyev, nəhayət, 1945-ci ildə müharibə başa çatdıqdan sonra həsrətində olduğu doğma vətəni Azərbaycanın Qusar rayonundakı cənnət guşəsinə - Ukur kəndinə qayıdır. 
     Lakin həyat onu sınaqlara çəkməkdə davam edirdi. Burada eşitdiyi acı xəbərlər onu sarsıdır. Anası və bir bacısı vəfat etmiş, bir qardaşı isə müharibədə itkin düşmüşdü. Bir il sonra atası da dünyadan köçür. Bu itkilərdən sarsılan Şixnəbi  Bakıya köçməyi qərara alır.
     Böyük Vətən Müharibəsi sal­naməsinə qəhrəmanlıq səhifələri yazmış general-mayor, həmyerlisi, ukurlu Mahmud Əbilovun məsləhəti ilə gənc zabit Gürcüstanın Axalkalaki şəhərindəki hərbi hissədə və Bakıdakı Azərbaycan diviziyasında xidmət edir. Elmə olan böyük həvəsi onu  Leninqrad Ali Hərbi Məktəbinə, daha sonra isə Azərbaycan Neft və Kimya İnstitutuna gətirib çıxarır. Hər iki ali məktəbi fərqlənmə diplomu ilə bitirir.
      1958-ci ildən başlayaraq, 24 il fasiləsiz Azərbaycan Daxili İşlər nazirliyində çalışan Ş.Şixnəbiyev iqtisadçıdan maliyyə-plan idarəsinin rəisi vəzifəsinədək və polkovnik rütbəsinədək yüksəlmişdir. İşlədiyi yerlərdə böyük hörmət və nüfuz qazanan bu savadlı, ədalətli və mədəni adamı sevir və onunla fəxr edirdilər. Peşekar və nümunəvi fəaliyyətinə görə müstəsna hal kimi onun daxili işlər orqanlarında fəaliyyət müddəti tələb olunandan üç il daha uzadılmış və o, bundan sonra  təqaüdə çıxmışdır. 
      Sonrakı illərdə Ş.Şixnəbiyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyində və Dövlət Plan Komitəsində rəhbər vəzifələrdə çalışmışdır. O, “SSRİ Daxili İşlər Nazirliyinin əməkdar işçisi” fəxri adına layiq görülmüşdür.
     Böyük Vətən müharibəsinin mətinləşdirdiyi bu namuslu və fədakar insanın həyatı və fəaliyyəti indiki nəsl üçün əsl örnəkdir. 
 
 
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Фадлай хьана кIанзавайди тир Волгоградда дидед чIал чирзава Лезги чIал кIанарзава Розадин мурад
Статьи из этой рубрики
Къебелевийри «Самур» кхьизва Жегьил алимдин агалкьунар Кьегьал Ашукь Алескер рикIе аваз Жуван халкьдиз вафалу жен
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ