Yeniliklər | 1(284) 2015

Türkiyənin İzmir şəhərində yaşayan ləzgilər yeni il ərəfəsində həmyerlilərindən gözəl hədiyyə almışlar. Bu, 2015-ci ilin təqvimidir. Onu maraqlı edən isə təqvimin Türkiyə, Dağıstan və Azərbaycan ləzgiləri üçün nəzərdə tutulması və ensiklopedik tərzı ehtiva etməsidir.
Təqvimdə Şeyx Şamil, Hacı Murad, Süleyman Stalski kimi tanınmış şəxsiyyətlərin, Dağıstanın qədim kəndlərinin, Azərbaycanın Quba rayonundakı Qrız körpüsünün, Qafqaz dağlarının mənzərələri göz oxşayır. Ayrıca hər səhifədə loqo olaraq qədim ləzgi eposunun qəhrəmanı Şarvilinin şəkli verilib.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий