Редакциядиз чар | 1(284) 2015

Qəzetin daimi oxucusu, onun uğurları ilə fəxr edən və hər yerdə təbliği ilə məşğul olan bir şəxs kimi qəzetin məzmunlu, maraqlı çıxmasında əməyi olan bütün kollektivi 2015-ci il münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza yeni ildə cansağlığı, könül xoşluğu, fıravanlıq, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Sizə hədiyyə olaraq, sözlərimə bəstələnmiş “Mən Qusara gələndə” mahnısı yazılmış audioçarx göndərirəm. Mahnının bəstəkarı respublikanın xalq artisti Eldar Mansurov, ilk ifaçısı respublikanın xalq artisti Heydər Anatolludur. Mahnı ilk dəfə bu ilin noyabr ayının 7-də Dövlət Bayrağı günü münasibətilə Qusar şəhərində keçirilən təntənəli yığıncaqda onu ərsəyə gətirən hər üç şəxsin iştirakı ilə səsləndirilmişdir. Qeyd edim ki, mahnı rayon rəhbərliyi və ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Məmnuniyyətlə mahnının sözlərini “Samur” qəzetinin oxucularının diqqətinə çatdırıram.
Doğma, şirin səs gəlir,
Yeni bir nəfəs gəlir,
Canıma həvəs gəlir,
Mən Qusara gələndə.
Seyr edirəm Şahdağını
Meşəsini, bulağını,
Gəzirəm hər bucağını,
Mən Qusara gələndə.
Bol-bol meyvə ağacı,
Qırqovulu, turacı,
Sevinir qardaş-bacı,
Mən Qusara gələndə.
Qızları qoşa gəzir,
Oldum heyran, müntəzir.
Ürəyim cuşa gəlir,
Mən Qusara gələndə.
Dostlar bir-bir görüşür,
Cavanlıq yada düşür,
Günlər çox şən ötüşür,
Mən Qusara gələndə.
Başına dönüm sənin,
Sənsən arzum, diləyim.
Ömrüm uzanır mənim.
Mən Qusara gələndə.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий