Vətəndaş mövqeyi
Örnək Чешне къачу!  |  12(283) 2014      
     Hər vətəndaş doğulduğu kəndi üçün kiçik də olsa bir iş görsə, respublikamız cənnətə dönər. Bunun üçün yurd təəssübkeşliyi və vətənpərvərlik tələb olunur. Oxucumuz Babək Əliyevin mək­tu­bu­nu oxuyanda onun vətəndaş mövqe­yinin gözəl bəhrə verdiyini görüb bundan qürur hissi duyduq.
     Babək Radik oğlu Əliyev Qusar rayo-nunun Yasab kəndində anadan olub .Atası Xəzər dəniz Gəmiçiliyində calişir. Babək 1996-cı ildə kənd tam orta məktəbini əla qiymətlərlə bitirib. Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşun­larinda rabitə uzrə komandir köməkcisi və komandir kimi xidmət göstərib. Hərbi xidmətdən sonra Moskva Dövlət Texniki Unversitetinə daxil olub və ixtisası üzrə Bakının “PRANT” şirkətində baş mühəndis kimi calışmağa başlayıb. 2006-cı ildə “PRANT-A” texniki servis şirkətinin icraçı direktoru vəzifəsinə təyin olunub və o vaxtdan etibarən şirkət rəhbəri kimi fəaliyyət göstərir. 
     Babək Əliyev 10 ildir ki, Yaponiyanin Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq edir. Bu ilin yayında səfirliyə dogma kəndinin camatının su problemi ilə baglı muraciət edən həmyerlimizin səyləri səmərəsiz ötüşmədi..Səfirlik təcili olaraq komissiya yaratdı. Ot Kökləri və İnsan Təhlü­kə­sizliyi layihəsinin məsləhətcisi Xanım Fumiye Suqiyama, Vətəndaş Cəmiyyəti Naminə təşkilatın icracı direktoru Rasim Allazov və Babək Əliyev birlikdə Yasab kəndinə yollandılar. Kənd sakinləri ilə bərabər su mənbəyinə və köhnə su anbarlarına baxış kecirildi .
     Yaponiyanın Azərbaycan Respublika­sındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşiyə bu barədə məlumat verildi. Səfirin göstərişinə əsasən layihənin simetası hazırlandı və 103 min ABS dolları məbləğində pul Yasab kəndinin su kəməri layihəsinin yenidən qurulmasina ayrıldı.
     Oktyabr ayinin 23-də Qusar rayo-nunda Yasab kəndində İçməli Su Sisteminin Tikintisi Layihəsinin imzalanma mərasimi kecirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Şair Alxasov, Yaponiyanın Azərbaycan Respublika­sındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi, Vətəndaş Cəmiyyəti Naminə İctimai Birliyinin icraçı direktoru Rasim Allazov, “Prant - A” şirkətinin icracı direktoru Babək Əliyev və hazırda Qusar rayonunun su və kanalizasiya sistemlerini təzədən quran TEC International şirkətinin rəhbərləri Naoto Tohda və Masanori Dairaku, o cümlədən media nümayəndələri iştirak etdilər. 
     Bu grant layihəsi Yaponiya dövlətinin Qusarda üçüncü layihəsidir. Bundan əvvəl Qusar rayonunun 5 sayli məktəbinin yenidən tikintisi ( 2003-cü ildə 78.3 min ABS dolları vəsaitlə), Piral kəndinin su təchizatının təkmilləşdirilməsi ( 2009-cu il, 103 min ABS dolları vəsaitlə) və nəhayət, Yasab kəndinin su təchizatının təkmilləşdirilməsi (103 min ABS dolları) həyata keçirilib. Ümumiyyətlə, Yaponiya­nın Azərbaycana ayırdığı rəsmi yardımın məbləği infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə artiq 1 milyard ABS dollarını keçib. Gələcəkdə Qusarda tibb məntəqələrinin, məktəblərin tikintiləri və su xətlərinin çəkilməsii həyata kecirilə­cəkdir. Babək Əliyev bütün bu layihələrin gerçəkləşməsimdə müstəsna xidmətləri olan Yaponiya dövlətinə və Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Cənab Tsuquo Takahaşiyə minnətdarlığını “Samur” qəzeti vasitəsilə bildirməyi redaksiyamızdan xahiş etdi. Biz isə öz növbəmizdə, vətəndaş mövqeyi və yurd təəssübkeşliyi ilə seçilən həmyerlimizə xeyirxah fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я «Сувар» вновь поразил зрителей Ашукь Алескер рикIе аваз Жуввал гьикI хуьда? Къурушвийрин мисалар
Статьи из этой рубрики
Кьегьал Жуван халкьдиз вафалу жен Ашукь Алескер рикIе аваз Дидедин фу Къебелевийри «Самур» кхьизва
ЦIИЙИ ТИЛИТ
№: 11(316)
декабрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ