Gimri qəhrəmanı
Məşhur ləzgilər   |  9(280) 2014      
   XIX əsrin tanınmış ləzgi alimlərindən sayılan Molla Əhməd əl-Qubavi haqqında arxiv materiallarında və həmin dövrdə yaşamış tarixçilərin əsərlərində geniş hərbi məlumatlar olmasa da, bəzi rus generalları onun “igid döyüşçü” olduğunu etiraf etmişlər. Ərəbcə qələmə alınmış əlyazmalarda Əhməd əl-Qubavi “döyüşçü alim” və “Gimri qəhrəmanı” adlandırılıb. Tarixçilərin yazdıqlarına görə o, Qafqazda müridizmin və İmam Şamilin müəllimi sayılan ləzgi mütəfəkkiri Şeyx Məhəmməd Yarağvinin yaxın dostu, İmam Qazıməhəmmədin ən cəsur döyüşçülərindən biri idi. Təəsüf ki, diqqət çəkən bu məqamların araşdırılmasına indiyə kimi səy göstərilməyib. Əslində hər iki məqam tarixin yeni səhifələrini üzə çıxarmağa imkan verir.
Şeyxlə görüş
    Müridizmin getdikcə geniş yayıldığını və çar müstəmləkəçilərinə qarşı silahlı mü­ba­rizənin yetişdiyini görən Şeyx Məhəmməd Yarağvi 1824-cü ilin yazında Dağıstanın və Azər­baycanın ayrı-ayrı əyalətlərində öz tə­rəf­darları ilə görüşməyi və bütün qüvvələri birləşdirməyi qərara alır. O, əvvəlcə Şəki və Car əyalətlərinə səfər edir. Burada onun alimlərlə və əhali ilə görüşləri uğurlu keçir. Şeyx həmin əyalətlərin bəzi tanınmış adamlarını öz tərəfinə çəkməyə nail olur. Belə adamlardan biri şəkili Hacı bəy idi. Bu yerlərdə Şamulay adı ilə məşhur olan Hacı bəy ilk görüşdən Şeyx Məhəmməd Yarağviyə öz hüsn-rəğbətini bildirir və onunla işğalçılara qarşı axıradək döyüşə­cəyinə söz verir. Arxiv ma­teriallarında adı Hacı Şəfi bəy kimi qeyd olunan bu adam igidlikdə ad çıxarmışdı və rus ko­mandanlığından ötrü çox­dan başağrısına çevrilmişdi. Şəkinin o vaxtkı komendantı ma­yor Viniyer Qafqaz ca­nişininə gön­dərdiyi ra­portda  yazmışdı: “Bu insan bütün həyatı boyu talançılıqla məşğul olub. Qorxu nə olduğunu bilməyən bu adam bütün xalqı bizim hökümətə qarşı silahlandırıb və onu (Hüseyn xanı – M. M.) öz andını dəyişməyə məcbur edib”. (Bax: Кавказский сборник. Тифлис, 1887.С.11).
Şəki komendantının digər raport­larında və N.A.Volkonckinin qeydlərində göstərildiyi kimi, Hacı bəy nəinki Şəkinin və Carın, həmçinin Quba əyalətinin bəzi tanınmış adamları ilə dostluq edirdi. Onlardan biri qubalı Molla Əhməd idi. Ərəbcə yazılı məxəzlərdə adı Molla Əhməd əl-Qubavi kimi göstərilən bu adam rus generallarının qeyd etdikləri kimi, “alim və çarizmə qarşı hər an döyüşə atılmağa hazır müsəlman” idi. (Bax: Волконский Н.А. Война на Восточном Кавказе с 1824 по 1834 гг. в связи с мюридизмом // Кавказский сборник. Тифлис, 1887.С.110). Şeyx Məhəmməd Ya­ra­ğviyə onunla görüşməyi Hacı bəy məsləhət görmüşdü.
    Əhməd əl-Qubavi qonağı boyük hörmətlə qarşılayır, onun şəxsiyyətinə və elminə olan rəğbətinə rəğmən şeyxi böyük müəllim adlandırır.Yarağvi onunla birlikdə bir sıra kəndlərin əhalisi ilə görüşür. Görüş zamanı məlum olur ki, Əhmədin kafirlərlə döyüşə hazır 200-dən çox adamı var. Həmin vaxt Hacı bəyin dəstəsində silahlıların sayı 350-yə çatmışdı. Qubadakı digər alimlərlə - Osman əfəndi, küsnətli Səlim, Məhəm­məd Qubavi və başqaları ilə şeyxin görüşünü təşkil edən Əhməd çox keçmədən daha 300 nəfər müridizm tərəfdarını öz ətrafında birləşdirir. Bundan sonra o, Quba əyalətində qubalı Məhəmmədin, zuxullu Hacı Əli Əsgərin və tahircallı Əmirəlinin dəstələri ilə birləşərək, rus qoşunlarına qarşı döyüş­lərdə iştirak edir. (Bax: ЦГВИА.Ф.ВУА Д. 6512). Rus generallarının məlumat­larından göründüyü kimi, Gimri döyüşü zamanı Əhməd əl-Qubavi 600 nəfərlik silahlı dəstəyə rəhbərlik edirdi.
    Şeyx Məhəmməd Yarağvi ilə tez-tez əlaqə saxlayan Əhməd sonralar onun yaxın dostuna çevrilmişdi. Onun son dərəcə sədaqətli dost və cəsur insan olması 1825-ci ildə baş vermiş bir hadisə zamanı hamıya aşkar oldu. Bu hadisədən sonra Əhməd əl-Qubavi xilaskar kimi məşhurlaşdı. 
 
Xİlaskar
 
    1824-cü ilin martında Tarki şamxllığından Qubaya qayıdan Qafqaz qoşunlarının ali baş komandanı general Yermolov Küre və Quba əyalətlərində müridlərin fəallaşmasından, rus əsgərlərinə qarşı döyüşməsindən hiddət­lənərək Aslan xanı yanına çağırır və ləzgilərə, həmçinin onlara rəhbərlik edən Şeyx Məhəmməd Yarağviyə qarşı cəza tədbirləri görülməsini tələb edir. (Bax: Богуславский Л. История Апшеронского полка. СПб., 1892.С.399).
    Aslan xanla qarşılaşandan sonra Şeyx Məhəmməd Yarağvi müridləri sakitləşdirir və silaha sarılmaq üçün onun çağırışını gözləməyi tapşırır. (Bax: ЦГВИА.Ф.ВУА.Д.Л.13). Lakin 1825-ci ildə M.Yarağvinin Ləzgistan, Qazı­qumux, Akuşa, Avarıstan, Tarki və Çeçenistan alimlərini yığaraq Yaraq kəndində qurultay keçirməsi general Yermolovu yenidən hiddətləndirir və o, Aslan xana şeyxi həbs edib Tiflisə göndərmək üçün göstəriş verir. Rus hakimiyyəti tərəfindən cəzalandırı­lacağını hiss edən Aslan xan Küre əyalətinin hakimi Harun bəyə şeyxi həbsə almağı əmr edir. Harun bəy silahlı nökərləri ilə Məhəmməd Yarağvinin evinə gəlir və onu həbs edir. Buna baxmayaraq, o, tezliklə azad olunur. Niyə? Bu suala rus müəllifləri müxtəlif cavablar vermişlər. L. Boquslavski yazır: “Molla Məhəmmıd müqavimətsiz... Quraha gətirilsə də, tezliklə oradan qaçır və yaxud bəzilərinin güman etdikləri kimi... buraxılır.” (Bax: Богуславский Л. История Апшеронского полка. СПб., 1892). A. Komarov bu hadisəni başqa cür şərh edir: “...Molla Məhəmməd həbs olun­sa da, Aslan xanın razılığı ilə buraxıldı.” (Bax: Комаров А. Казикумухские и кюринские ханы // Кавказские горцы. Сборник сведений. Тифлис, 1869. Гл. IV.С.28).
    Göründüyü kimi, müəlliflərdən heç biri həqiqətdə Məhəmməd Yarağvinin necə azad olunduğunu dəqiq bilmir. Onlardan fərqli olaraq ştabs-kapitan K.İ.Pruşanovski öz qeydlərində Yaraqvinin silahlı ləzgilər (Quba əyalətinin ləzgiləri – M.M.) tərəfindən azad olunduğunu göstərib. (Bax: ЦГВИА.Ф.ВУА.Д.6512). O vaxt öz adamları ilə şeyxin yanından qayıdan Əhməd əl-Qubavi müəlliminin həbs edildiyini eşidib yarı yoldan geri dönür. O, Yarağa qayıdanda iş-işdən keçmişdi. Əhməd şeyxin Quraha aparıldığını biləndə dərhal adamlarını göndərib zuxullu Hacı Əli Əsgəri, usuğlu Məhəmməd əfəndini, qurahlı Şabanı və başqa dostlarını xəbərdar edir. Tezliklə onların silahlı dəstələri Qurah ətrafında toplaşır. Əhməd öz dostları ilə birlikdə Mə­həmməd Yara­ğ­vivin azad olun­ması üçün plan hazırlayır. Həmin plana əsasən ertəsi gün səhər tezdən 2 min nəfərdən çox silahlı ləzgi Quraha hücuma keçir. Qəfil hücumdan əl-ayağa düşən Aslan xan silahlı dəstəsini toplamaqda çətinlik çəkir və nə edə­cəyini  bilmir. Üs­yan­çılar onun kö­mək üçün Harun bəyin yanına göndərdiyi adamı ələ keçirir və xan­lığın mərkə­zindən çıxan bütün yolları bağlayırlar. Döyüşə girişməyə ehtiyat edən xan silahlı dəstələrin başçıları ilə danışıqlara girir. Silahlı ləzgilər Şeyx Məhəmməd Yarağvi azad edildiyi halda sakitcə geri çəkilə­cəklərini bildirirlər. Bu razılığa əsasən xan M.Yarağvini həbsxanadan buraxır və belə şayiə yayır ki, güya o, qaçıb. Bundan sonra Əhməd əl-Qubavi xilaskar kimi məşhurlaşır. Lakin qubalını daha da şöhrətləndirən Gimri döyüşü olur. Onun sonuncu döyüşü. 
 
Sonuncu döyüş
 
    XIX əsrin 30-cu illərinin əvvəlində çar hakimiyyəti Çeçenistanın və Dağıstanın işğalını başa çatdırmaq niyyəti ilə buraya yeni qoşun hissələri yeridir. Həmim dövrdə İmam Qazıməhəmmədin və Şamilin vətəni sayılan Gimri bütüm Dağıstanda azadlıq hərəkatının mərkəzinə çevrilmişdi. Ona görə də buradakı rus qoşunlarının komandanı general baron Rozen həmin kəndi tutmaqla dağlılara ağır zərbə endirməyi qərara alır. Bu məqsədlə o, 1832-ci ilin oktyabrın 8-dən 9-na keçən gecə general-leytenant Velyaminovun koman­danlığı altında Moskva və Butır piyada polklarını, dörd qədim və dörd qısalüləli topla 20-ci artilleriya briqadasını, gürcü suvari polkunun bir hissəsini Gimriyə göndərir. Bu qoşun Karanay yolu ilə hərəkət edərək, gizlicə Gimriyə girməli idi. Bunun ardınca oktyabrın 10-da podpolkovnik Klyuqi-fon-Klyuqenay Abşeron polkunun birinci batalyonu və bir neçə topla, həmçinin kazaklardan və gürcülərdən ibarət suvari dəstələri ilə Gimri üzərinə yeriyir. Bu qoşun hissələri Eripeli yolu ilə gedərək, hucuma keçməli və bununla da dağlıların diqqətini Karanay yolundakı əsas qoşun hissələrindən yayındırmalı idi. (Bax: Богуславский Л. История Апшеронского полка. СПб., 1892.С.422)
 
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Кьве шаир илифна… Öyünməli məktəb Жемиладин ван Заокеанская музыка в Кусарах
Статьи из этой рубрики
Qanlı Şaban Gimri qəhrəmanı Yüz min lənət Dərbəndin baş alimi Bağdad fakihi
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ