Öyünməli məktəb
"Самурдин мектеб"  |  9(280) 2014      
   Yeni dərs ilinin baş­lanğıcı ərəfəsində əslən Qu­sar rayonunun Yuxarı Zeyxur kəndindən olan “Samur” qəzetinin sadiq dostu Məryəm Əlibəyova redaksi­yamıza gəlmişdi. O, bizə söhbət etdi ki, qardaşı oğlu Abugül Əlibəyov bu il 9-cu sinfi əla qiymətlərlə bitirib. 
    Yayda Bakıya, bibilərinin yanına qonaq gələndə onlar Abugülə şəhərdə qalıb 10-11-ci sinifləri burada oxumağı təklif ediblər. Abugül razı olmayıb. 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Yuxarı Zeyxur kəndində inşa edilən məktəbdə hər cür şərait olduğundan və başda direktor Hikmət Ağacanov olmaqla məktəbin savadlı müəllim kollektivi olma­sından fəxrlə danışıb. Bunu da əlavə edib ki, bu məktəbə qonşu kəndlərdən də oxu­mağa şagirdlər gəlir. 
Məktəb institutlara qəbul olan abituriyentlərin sayına görə nəinki rayonda, eyni zamanda respublikada öncül­lərdən sayılır. “Bizdə ayrıca repetitor tutmağa ehtiyac yoxdur, müəllimlərimiz şa­girdlərə savad öyrət­məkdən ötrü bütün güclərini sərf edirlər. Belə məktəbi qoyub başqa yerə getmək olar?” deyə Abugül fəxrlə əlavə edib.
Bibiləri onunla razı­la­şıblar və bir vaxtlar özlərinin təhsil aldıqları bu məktəbdə savadlı müəllimlərin çalış­dığını etiraf ediblər. Belə ol­masaydı, təkcə onların ailəsindən 3 nəfər Azər­baycan Dövlət Neft Akade­miyasını bitirməzdi. Abugü­lün atası Məhəmməd də, bibiləri Məryəm də, Aidə də oranın məzunlarıdır.
Abugül Bakıda, ziyalı ailədə anadan olub. Vali­deyn­ləri kənddəki ata yurdları – Abdulrəşid müəl­limlə Mahi­xanımın qurduqları ev boş qalmasın deyə kəndə yaşamağa gediblər. 
    Şəhərdə doğulub boya-başa çatan, neft şirkətlərindən birində iqtisadçı işləyən Abugülün anası Tahirə xanım kənd həyatına tez alışıb və elin hörmətini qazanıb. Kənd­dən çıxıb kəndi bəyən­məyən bəzilərindən fərqli olaraq, o, bu qüruru övladına da təlqin edib.
Yeni dərs ili münasibətilə Yuxarı Zeyxur kənd orta məktəbinin bütün müəllim­lərini və şagirdlərini təbrik edib onlara can sağlığı və müvəffəqqiyyətlər arzu edən Məryəm xanım doğma mək­təbi üçün sevicini və iftixarını bizimlə səxavətlə bölüşdü. 
 
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Жемиладин ван Заокеанская музыка в Кусарах Кьве шаир илифна… Сырные гонки
Статьи из этой рубрики
Чи ибараяр "Самур" газетдин дустар Aladaşda şənlik Яран сувар Гуьзел муаллим
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ