Tarixi ad bərpa olunmalıdır
Тарихдин геле аваз  |  7(278) 2014      
     Son illər XII əsrin tarixi abidəsi olan Bakıdakı Ləzgi məscidi ilə bağlı bir sıra əsassız fikirlərin irəli sürülməsi ötən əsrin 80-ci illərində olduğu kimi, yenidən mübahisələr doğurmuşdur. Abidənin əsl adını göstərən lövhənin çıxarılması da mübahisələrə rəvac verir. “Ləzgi məscidi” sözləri yazılmış lövhənin asılması əleyhinə olanlar “xalqın adına məscid ola bilməz” deyirlər. Bu, hər şeydən əvvəl tarixi məxəzlərdən xəbərsiz olmağın nəticəsidir. Belə yanaşma ilə əlaqədər bəzi faktları xatırlatmaq istəyirik.
     Qafqazda ayrı-ayrı xalqların və tayfaların adına məscidlərin tikilməsinin əsası VIII əsrdə qoyulmuşdur. Bu, ərəb xəlifələrinin işğal etdikləri ölkələrdə islamı geniş yaymaq üçün həyata keçirdikləri tədbir idi. Məşhur alim Mirzə Kazım bəyin 1851-ci ildə rus dilinə tərcümə edib çapdan buraxdığı “Dərbəndnamə” kitabında və bəzi ərəb məxəzlərində göstərildiyi kimi, hələ 733-734-cu illərdə sərkərdə Məsləmə ibn Əbd-ül Malik xəzərləri və ərəb vilayətlərindən Dərbəndə köçürülmüş əhalini 7 məhəlləyə bölərək, onların adına 7 məscid tikdirmişdi: Xəzər məscidi, Fələstin məscidi, Cazir məscidi, Qeysər məscidi və s. Sonralar yerli xalqların adlarını daşıyan məscidlər inşa olundu. XII əsrdə İçərişəhərdə tikilmiş Ləzgi məscidi də bu qəbildəndir. Lövhələrdə məscidin 1169-cu ildə inşa edildiyi göstərilib. 1967-ci ildə Moskvada  çap olunmuş “Dağıstan tarixi”nin (rusca) I cildində həmin tarix 1162-ci il kimi qeyd olunub.
     Ləzgi məscidi haqqında 1943-cü ildə tarixçi İ.P.Şeblıkinin qələmə aldığı və həmin il SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Tarix İnstitutunun çap etdirdiyi “Памятники aзербайджан-ского зодчества эпохи Низами” kitabında məşhur Azərbaycan alimləri S.Aşurbəylinin “Очерк истории средневекового Баку” (1964) və P.Göyüşovun “Azərbaycanın arxitekturası” (1986) kitablarında və digər məxəzlərdə məlumatlar vardır. İ.P.Şeblıkinin kita-bında yazılıb: “Köhnə qalanın cənub-şərq hissəsində, Qız qalasının yaxınlığında yaxşı qalmış, XII əsr abidəsi olan Ləzgi məscidi yerləşir... Yaxşı yonulmuş daşlardan tikilmiş bu məscid Abşeron tipli yaşayış otağını xatırladır.” (səh. 130). SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 1979-cu ildə Moskvada çap etdirdiyi “Azərbaycan SSR-in atlası”nda verilmiş İçərişəhərin planında dövlət tərəfindən qorunan tarixi abidələrdən birinin Ləzgi məscidi olduğu qeyd edilib. 1987-ci ilədək Azərbaycan və rus dillərində binaya vurulmuş lövhədə yazılmışdı: “Ləzgi məscidi. 1169 il. Mə-dəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur. İnv. №14”.
     Sonralar lövhənin çıxarılması ləzgi ictimaiyyətində narazılıq doğurmuş, tanınmış ləzgi şairi və publisisti İzzət Şərifov başda olmaqla bir sıra ziyalılar SSRİ-nin və Azərbaycan SSR-in dövlət orqanlarına müraciət etmişlər. Bu məsələ ilə əlaqədar 1987-1989-cu illərdə  Azərbaycanın “Kommunist” qəzetində, SSRİ-nin “Наука и религия” jurnalında (1989, №1), həmçinin Dağıstanın ləzgi mətbuatında bir sıra məqalələr dərc olunmuşdur. Yalnız Azərbaycan müstəqil-lik qazandıqdan, Respublika Prezidentinin “Azərbaycan Respublikasında yaşa-yan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişaf etdirilməsi üçün dövlət yardımı haqqında” fərmanından sonra bu məsə-ləyə yenidən baxılmış və 1994-cü ildə məscidin adı bərpa edilərək, qədim abidənin divarına Azərbaycan və ləzgi dillərində lövhələr vurulmuşdur. Təəssüf ki, bir neçə il əvvəl həmin lövhələr yenidən çıxarılmışdır.
     İndi bu abidə “XII əsrin məscidi”, “Aşur məscidi” kimi qələmə verilir. Məscidi Aşurun tikməsi məsələsi mübahisə doğurur. İ.P.Şeblıkinin kitabında və digər mənbələrdə onun ancaq mehrabı düzəltdiyi göstərilir. Köhnə mehrabın üzərində ustadnacar Aşur ibn İbrahim Bakuvinin adı göstərilib. 1976-cı ildə çap olunmuş Azərbaycan Sovet Ensik-lopediyasının I cildində yazılıb: “Aşur İbrahim oğlu (?) 12 əsr Azərb. xarratı. Hicri 567 (1171-1172) ildə Bakıdakı (İçərişəhərdə) Ləzgi məscidinin meh-rabını düzəltmiş, onu nəfis ornamentlərlə bəzəmişdir. (Səh. 516).” Təzə mehrab 1908-ci ildə düzəldilmişdir.
840 ildən çox “Ləzgi məscidi” adını daşımış qədim abidənin adının dəyiş-dirilməsi təəssüf doğurur. Əsrlərin əmanəti olan belə abidələrə qayğı ilə yanaşmaq lazımdır.        Əminik ki, respublikamızın əlaqədar təşkilatları da bu məsələyə qayğı ilə yanaşacaq, tariximizin ayrılmaz hissəsi olan Ləzgi məscidinin adı bərpa olunacaqdır.
Hazırda bu məscidin istifadəsində də bəzi problemlər mövcuddur. Vaxtilə Azərbaycan Respublikasının “Dini etiqad haqqında” qanununun tələblərinə uyğun olaraq “Samur” Ləzgi Milli Mərkəzinin təşəbbüsü və köməyi ilə “Samur” dindarlar icması yaradılmış, nizamnaməsi qəbul edilmişdir. Bu qurum 14 may 1993-cü il tarixdə     Azərbaycan Respublikası Ədiyyə Nazirliyində qeydiyyata alınaraq  fəaliyyətə başlamışdır.
     Milli Mərkəz “Samur” dindarlar icmasının fəaliyyətinin təmin edilməsi məqsədi ilə “Milli etiqad azadlığı haqqında” qanunun 17-ci maddəsinə əsaslanaraq, Bakı Şəhər İcra Haki-miyyətinə müraciət etmişdir. Müraciətdə “İçərişəhər” dövlət tarixi-memarlıq qoruğu ərazisində, A. Zeynallı küçəsinin 55 saylı ünvanında yerləşən Ləzgi məcidinin binasının icmanın istifadəsinə verilməsi xahiş olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 28 yanvar 1994-cü il tarixli, 116 saylı sərəncamı ilə adı çəkilən məscid mövcüd vəziyyətdə “Samur” Ləzgi Milli Mərkəzinə icarəyə verildikdən sonra dini icma burada ölkə qanunlarına uyğun fəaliyyət göstərmişdir. 
     Son illər “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş əlavələri və dəyi-şiklikləri əsas tutaraq “Samur” dindarlar icması Qafqaz Müsəlmanları İdarəsinə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə, Ədiyyə Nazirliyinin müvafiq strukturlarına məktubla müraciət edərək, icmanın reyestrə qeydiyyata salınmasını və fəaliyyətinə kömək göstərilməsini xahiş etmişdir. Təəssüf ki, bu məsələlər hələ də öz həllini tapmamışdır.
 
Sədaqət KƏRİMOVA,
Müzəffər MƏLİKMƏMMƏDOV
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я ЧIалав акатайвал эгечI тийин КцIарви академикар Генералдикай гьикI наиб хьанай? "Qullar" böyük maraq doğurdu
Статьи из этой рубрики
РикIелай ракъурдач Багъдатдин факигь Къефле кукIварай Абдуллагь Шабрандин тарих чирзава Винел акъудзавачир делилар
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ