Dağıstan şiri
Инсанар, кьисметар  |  6(277) 2014      
     Sali Süleyman... XIX əsrin sonlarından başlayaraq bu ad o qədər məşhurlaşmışdı ki, bəzən onun əfsanəvi qəhrəman olduğunu zənn edirdilər. Lakin onu tanıyanlar, hünərinin şahidi olanlar üçün  Sali Süleyman qəhrəmanlıq rəmzi idi.
    Sali Süleymanın əsl adı Mamma Koçap, familiyası Maxtulayevdir. 1879-cu ildə Dağıstanın Buynaksk ra-yonunun Teletl kəndində Maxtulayın kasıb ailəsində dünyaya gələn Mamma uşaqlıqdan qeyri-adi gücü ilə seçilirdi. Həmkəndlilərinə tez-tez ağır işlərdə kömək edən Mamma bir qayda olaraq təəccüb və heyrət obyektinə çevrilərdi. 5-6 adamın güclə qaldırdığı ağır yükləri o, bir əli ilə yerdən üzər, öküzü asanlıqla çiyninə alar, 10-15 uşağı  kürəyində gəzdirərdi. Onun çaxır dolu çəlləkləri top kimi oynatması isə əsl tamaşa idi. Yaraşıqlı, üzügülər, mehriban Mamma hamının sevimlisi idi.  
     “Dağıstanın məğlubedilməz şiri” titulunu qazananda onun 15 yaşı yenicə tamam olmuşdu. Temir-Xan-Şurada (indiki Buynaksk) keçirilən yarışlarda o, həmin dövrün ən güclü pəhləvanı sayılan Gimrəli Məhəmmədə qalib gəlmiş, o vaxtdan şöhrəti bütün Dağıstana yayılmışdı.
İdmançı kimi isə onun karyerası 1896-ci ildən başlanmışdır. Həmin il Temir-Xan-Şuraya məşhur Maks sirki qastrola gəlmişdi. Truppada fransız güləşi üzrə beynəlxalq turnirdə iştirak etmiş pəhləvanlar da var idi. Sirkin tamaşalarından birində 16 yaşlı Mamma Maxtulayev də iştirak edirdi. Səid Kaxuta adlı hindu pəhləvanının rəqibinin kürəklərini yerə vurub özündən razı halda gəzişdiyini görəndə birdən sirkə yığışmış tamaşıçılardan uğultu qalxdı:
    - Mamma, meydana çıx! Mamma, meydana çıx!
    Özünü itirmiş yeniyetmə nə edəcəyini bilmirdi. Bir tərəfdə nəhəng gövdəli, qorxunc görkəmli hindu, o biri tərəfdə ümid və inam qarışmış israrla onu səsləyən həmyerliləri idi. Nəhayət, o, qətiyyətini toplayıb irəli çıxdı. 16 yaşlı yeniyetmənin təcrübəli pəhləvanı yerə sərməsi həmin gün ümumxalq sevincinə çevrildi. 
     1897-ci ildə Qafqaza qastrol səfərinə gələn Peterburq sirki Temir-Xan-Şurada da tamaşa verirdi. İkinci bölmədə, pəhləvanların ənənəvi nümayişi başlananda zalda oturanlar bir səslə Mamma Koçapın da yarışlara qatılmasını tələb etməyə başladılar. Bunu görən təşkilatçılar ertəsi gün əllə yazıb divarlara yapışdırdıqları afişalarda Matyuşenko adlı pəhləvanla gənc dağıstanlı pəhləvanın gülə-şəcəyini göstərdilər. Hamının intizarla gözlədiyi həmin yarış cəmi bir dəqiqə çəkdi, Mamma rəqibinin kürəyini asanlıqla yerə vurdu. Gastroldan sonra sirk Port-Petrovska yola düşdü, lakin bir gün sonra sirkin rəhbərlərindən biri olan İ.Poddubnı gənc pəhləvanın arxasınca geri qayıtdı. Həmin gündən Mamma taleyini həmişəlik olaraq sirklə bağladı. 
     Pəhləvanın iş rejimi onu tanıyanları və pərəstişkarlarını heyrətə gətirirdi. O, hər il onlarla şəhərlərdə tamaşalar verir, müxtəlif çempionatlarda iştirak edirdi. Qazandığı qələbələrin nəticəsi olan qızıl medallar, qiymətli prizlər onu dünyanın əfsanəvi pəhləvanı zirvəsinə qaldırmışdı. 50-yə yaxın ölkənin başçısından, o cümlədən İran şahından və Belçıka kralından xatirə medalları alan Mammanın parlaq qələbələrini saymaqla qurtarmaq olmur. O, dünya çempionları Pankin, Başkirov, Vaxturov və Svyatogorovu məğlub etmişdi. Dünyanın bütün qitələrində olmuş və hər yerdən vətənə üzüağ qayıtmış Mamma 1901-1903-ci illərdə bütün rəqiblərini məğlub edərək güləş üzrə mütləq dünya çempionu titulunun sahibi olur.
     Adı dillər əzbəri olan Mamma Koçap Maxtulayev birdən-birə Sali Süleyman olur. Bu, necə baş verir? 1904-cu ildə Türkiyə sultanının sevimlisi, bütün Yaxın və Orta Şərqdə tanınan Sali Süleyman adlı pəhləvan Mamma Maxtulayev onu məğlub edəndən sonra sarsılıb hamının qarşısında bəyan edir: “Məğlub Sali Suleyman ola bilməz. Bu gündən mən öz adımı bu pəhləvana verirəm. İnanıram ki, o, məğlubedilməz olacaq”.
     Dağıstan pəhləvanı həmin ada ömürlük sadıq qaldı. O, parlaq qələbələrinə görə “Dağıstan şiri”, “Şərqin sevimlisi” adlarını qazandı. Nə öz ölkəsində, nə də xaricdə heç kəsə onun kürəklərini yerə vurmaq nəsib olmadı. Yalnız İvan Poddubnı ilə görü-şü heç-heçə nəticələndi və bununla da onların arasında böyük dostluq başlandı. İ.Poddubnı ona Sankt-Peterburq atletika cəmiyyətində fransız güləşi sahəsində təkmilləşməkdə kömək etdi. O, dağıstanlı pəhləvana böyük səxavətlə güləşin sirlərini öyrədir, əməli məsləhətlər verirdi.
Sali Süleyman haqqında hələ onun sağlığında əfsanələr dolaşırdı. Lakin çoxlarının əfsanə kimi qəbul etdiyi pəhləvanın pələnglə güləşməsi hadisəsi əslində həqiqət idi. Sankt-Peterburqda sirkin arenasına çıxmağa hazırlaşan Sali Süleyman içərisində vəhşi heyvanlar saxlanan qəfəslərin yanından keçərkən birdən qəfəslərdən birindən bayıra çıxan benqal pələngi pəhləvanın üstünə atılır. Sən demə, bir gün əvvəl ispan pəhləvanı Alberto Qonsales Sali Süleymana böyük məbləğdə pul alaraq, ona yarışda məğlub olmağı təklif edibmiş. Rədd cavabı alan və döyüşdə məğlub olan rəqib pəh-ləvandan qisas almaq niyyətilə qəfəsin qapısını açır. Pələng qəfil zərbə ilə Sali Suleymanı yerə sərir. Qana qəltan olan pəhləvan tez özünü ələ alıb pələngin boğazından yapışır və onu yerə çırpır. Ağır yaralanmış pəhləvanı xəstəxanaya çatdırırlar və o, üç aydan sonra çoxlu çapıqlarla oradan çıxır. Xəstəxanada ona Peterburqun demək olar ki, bütün məşhur insanları, o cümlədən Fyodr Şalyapin, Maksim Qorki baş çəkir. İvan Poddubnı isə onu demək olar ki, hər gün yoluxurdu.
Sali Süleymanın məğlub etdiyi dünya çempionlarının siyahısında polyak Stanislav Zbışko-Sıqaneviçin, iranlı Bilalın, bolqar Nikolay Petrovun, osetin Bola Konukovun, türklərdən Toqu Əhmədin və Xəlil Adalinin, ameikalı Tom Kannonun, alman Yakob Koxun, fransızlar Raul de Buşenin və Loren de Bokeryanın, həmçinin beşqat dünya çempionu, daniyalı İess Pedersenin və onlarca başqalarının adı var.
       O, sirki 70 yaşında tərk etsə də, idman məşqələlərini atmır, bir neçə SSRİ çempionu, onlarca idman ustası yetişdirir. Övladlarından iki oğlu – Kamal və Ağarəhim də onun sayəsində SSRİ idman ustası olur. Dünya şöhrətli pəhləvan ömrünün son illərini Bakıda keçirir.
Şən və zarafatcıl adam olan Sali Süleyman həm də həmişə haqqın və düzlüyün tərəfində olması ilə hörmət qazanmışdı. Onu başqalarından fərqləndirən bir cəhət də var idi: taleyin sınaqlarına mətanətlə sinə gərirdi. Belə sınaqlar isə az olmurdu. Onlardan biri, üçüncü oğlu İbrahimlə əlaqədar idi. Çoxları elə zənn edirdi ki, Sali Süleymanı məhz İbrahim əvəz edəcək. Ucaboy, pəhləvan cüssəli, yaraşıqlı oğlan olan İbrahimin bütün idman göstəriciləri bunu deməyə əsas verirdi. Lakin içkiyə meyllilik onu nəinki idmandan, hətta cəmiyyətdən uzaqlaşdırdı və nəhayət, o, məhbəsə düşdü. Sali Süleyman oğul dərdi ilə uzun illər yaşadı. Dünyada heç kəsin əyə bilmədiyi bu pəhləvanı həmin dərd əysə də, sındıra bilmədi. Öz əzəmətini və əyilməzliyini sona qədər saxlayan Sali Süleyman  90 yaşında vəfat etdi.
 
Sədaqət Kərİmova
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Адан экуь рехъ АрхитIрин дегь гелер Эльвинадин дуьнья Ордендиз лайихлу хьана
Статьи из этой рубрики
Сенятди квадарна Кьве веси Спасенные жизни Haradir vətənim? Гьар садаз чешне я
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ