“Azərbaycan” parkı Yeniliklər  |  9(268) 2013  |  “САМУР”
     Odessa şəhərində “Azərbaycan” parkı tikilir. 2 hektar sahəni əhatə edən həmin park şəhərin Seqedsk və Pionersk küçələrinin kəsişməsində yerləşəcək. Ərazidə başdan-başa yaşıllaşdırma işləri aparılacaq, bəzək bitkiləri əkiləcək, fəvvarə və memarlıq abidələri tikiləcək. Təzə salınan park burada Azərbaycan ab-havasını, ruhunu əks etdirəcək. Artıq parkın konsepsiyasının təqdimat mərasimi keçirilib. Yeni park Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndiliyi tərəfindən inşa ediləcək.