Xatirə lövhəsi əvəzinə reklam SOS!!!  |  1(260) 2013  |  "Samur"

     1918-ci ildə erməni daşnaklarının və bolşeviklərin Quba qəzasının müsəlman əhalisinə qarşı törətdikləri qırğın tarixin yaddaşından heç vaxt silinməyəcək. O vaxt işğalçı erməni-bolşevik qoşunları qəzanın 162 kəndini dağıtmış, bunlardan 27-sini əhalisi ilə birlikdə yandırmış, 16 min nəfərdən çox müsəlmanı qətlə yetirmişdir.
     Qəzada bir neçə dəfə qırğın törətmiş erməni daşnakları təkcə 1918-ci ilin mart-aprel aylarında Muradyanın 2 minlik, özlərini bolşevik adlandıran, əsgərlərinin əksəriyyəti daşnaklardan ibarət olan Gelo-vaninin 2 minlik və Cturuanın min nəfərlik dəstələri, nəhayət, mayda Amazaspın 2 minlik dəstəsi və yerli ermənilərin hərəsi 200-300 nəfərlik iki dəstəsi, birlikdə götürüldükdə təpədən-dırnağa kimi silahlanmış, çoxlu topa və pulemyota malik 8 minədək qoşunla yerli əhaliyə qarşı əsl müharibə aparmışdı. Bu müharibədə Hatəm ağa Cağarvinin, Möhübəli əfəndi Kuzunvinin, Əlibəy Zizikskinin və başqalarının yaratdıqları ləzgi-lərdən, azərbaycanlılardan və digər xalqların nümayəndələrindən ibarət dəstələri düşmənlə amansız dö-yüşlərə girişmiş, 1918-ci ilin mayın 18-də Quba qəzasının Digah kəndinin indi "Qanlı dərə" adlanan ərazisində Amazaspın quldur dəstələrini darmadağın etmişdi.
     Sovet dövründə arxivlərə sipər çəkilməsinə, həqiqətin gizlədilməsinə baxmayaraq, Azərbaycan müstəqillik qazandıqdan sonra bu məsələlər respublika mətbuatında işıqlandırılmış, 2009-cu ildə tanınmış jurnalist Müzəffər Məlikməm-mədovun "Qanlı dərə. 1918-ci il Quba faciəsi" kitabı, 2010-cu ildə tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin rus dilində "Quba. 1918-ci il aprel-may. Müsəl-man qırğınları sənədlərdə" kitabı işıq üzü görmüşdür. Qusar şəhərində "Qanlı dərə"də döyüşmüş qəhrəmanların şərəfinə abidə ucaldılmışdır.
    Bir neçə aydan sonra "Qanlı dərə"də baş vermiş döyüşlərin 95 ili tamam olur. Gözləmək olardı ki, belə bir ərəfədə həmin hadisə əbə-diləşdiriləcək, qeyd edilən ərazidə heç olmasa xatirə lövhəsi qurulacaq. Təəssüf ki, bunun əvəzində dərənin yuxarı hissəsində, Quba-Qusar yolunun sağ tərəfində xatirə lövhəsi əvəzinə dirəklər üzərində bər-kidilmiş böyük reklam peyda olub. Bu nədir? Unutqanlıq, yoxsa tariximizə hörmətsizlik?

Yeri gəlmişkən...

     "Samur" qəzeti hələ 15 il öncə, 17 fevral 1998-ci il tarixli sayında "Xatirə kompleksi yaradılsın" sərlövhəli məqaləsi ilə ilk dəfə olaraq 1918-ci il hadisələri ilə bağlı "Qanlı dərə"də xatirə kompleksi yaradılması məsələsini qaldırmışdı. Təəssüf ki, Quba Rayon İcra Hakimiyyəti və respublikamızın əlaqədar təşkilatları qəzetin qaldırdığı bu vacib məsələyə hələ də münasibət bildirməyib...