
Bu yaxınlarda Türkiyənin baş şəhəri Ankarada keçirilmiş “Dağıstan-Türkiyə” tarix və mədəniyyət simpoziumunda İmam Şamilın həyat və fəaliyyətinə həsr olunmuş yeni bir kitabın təntənəli təqdimatı keçirilmişdir. Asiyat və Yaşar Öz cütlüyünün Mahaçqalada işıq üzü görmüş Məhəmməd Həmzəyevin “İmam Şamıl” kitabını avar dilindən türk dilınə çevirərək təkrar nəşr etdirmələri böyük marağa səbəb olmuşdur.
Türkiyədə Qafqaz müharibəsinin böyük qəhrəmanı, 25 il çar Rusiyası ilə azadlıq mübarizəsi aparmış İmam Şamil şəxsiyyətinə olan dərin ehtiramı nəzərə alan redaksiya heyəti tərcümənin səlis və keyfiyyətli olmasından ötrü əlindən gələni etmişdir. Kitabdakı İmam Şamilin İstanbul, Misir, Məkkə, Mədinə səfərlərinə, oğullarına məktubuna, İmam Şamilin vəfatına həsr olunmus və digər bölmələr böyük maraq doğurur. Kitab Türkiyə kitabxanaları üçün, o cümlədən geniş oxucu kütləsindən ötrü nəzərdə tutulmuşdur.