Hamının sevimlisi Qarabağ müharibəsi  |  8(345) 2020  |  Sədaqət KƏRİMOVA
    Qarabağ döyüşlərində Rafik Bəyverdiyevlə bir yerdə iştirak etmiş çoxlu silahdaşları onu adı ilə yox, “Rembo” ləqəbi ilə çağırırdılar. Bu ləqəbi ona təkcə “Rembo” rolunun ifaçısı olan məşhur aktyor Silvestr Stalloneyə zahiri oxşarlığına, möhkəm bədən quruluşuna görə verməmişdilər. Bu adı o, qeyri-adi cəsurluğuna görə qazanmışdı. Ölümdən qorxmayan, od-alovun içinə gözünü qırpmadan atılan bu igid ləzginin xətrini hamı istəyirdi. İlk gündən ön cəbhədə vuruşan Rafik Şuşada qəhrəmancasına həlak oldu.
    Bu acı xəbər onun çalışdığı “Metak” şirkətinin kollektivini bərk sarsıdıb. Zəhmətkeşliyi, işgüzarlığı ilə yanaşı, insani keyfiyyətləri ilə də çoxlarından seçilən bu gənc hamının böyük hörmətini qazanmışdı.
 
Sədaqət KƏRİMOVA