Tez sağal, Zamir! Qarabağ müharibəsi  |  8(345) 2020  |  Sədaqət KƏRİMOVA
    Çavuş Zamir Əjdər oğlu Qədimov peşəkar hərbçidir. 15 ilə yaxındır MAXE-də xidmət edir. İkinci Qarabağ müharibəsində ilk gündən igidliklə vuruşub, Murov yüksəklikləri uğrunda döyüşlərdə ağır yaralanıb. Bir ayağının aşağı ətrafı amputasiya olunub, Naftalan, Gəncə və Bakı hospitallarında müalicə alıb. İndi Qusar rayonunun Zeyxur kəndində, valideynlərinin yanında bərpa dövrünü keçirir. 5 aydan sonra dövlət hesabına protezlə təmin olunacaq. İgidimizə can sağlığı arzu edirik!
    Şəkildə: Zamir Qədimov həyat yoldaşı və övladları ilə.
 
Sədaqət KƏRİMOVA