“Təbiətin göz yaşları” Yeni kitablar  |  9(335) 2019  |  Asif SALMANOV
   Uzun illər Qusar Dövlət Ləzgi Dramteatrına rəhbərlik etmiş, peşəkar rejissor kimi fəaliyyət göstərmiş respublikanın əməkdar mədəniyyət işçisi Rəhimxan Qaraxanovun bu günlərdə “Təbiətin göz yaşları” adlı yeni kitabı işıq üzü görüb. Kitab nəfis tərtibatda “Azərbaycan” nəşriyyatı tərəfindən çapdan buraxılıb.
   Dramteatrda çalışdığı illərdə 10-dan çox ləzgi müəlliflərinin əsərlərini səhnələşdirmiş, Azərbaycan dramaturqlarının 22 əsərini ləzgi dilinə tərcümə etmiş, 60 dram əsərinə quruluş vermiş Rəhimxan Qaraxanov həm də Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayevin igidliklərinə həsr etdiyi “Durnaların harayı” pyesinin və “Sevmək məhəbbət deyil”, “Övlad qatili” kimi dram əsərlərinin müəllifidir. “Təbiətin göz yaşları” pyesi Qarabağ hadisələrinə həsr olunmuşdur. Bu əsərində o, Qarabağ döyüşlərində fərqlənmiş igid həmyerlilərinin obrazlarını yaratmışdır.
Asif  SALMANOV