Milyonçunun xeyirxahlığı Хабарар  |  5(321) 2018  |  SAMUR
     Avstraliyanın Sidney şəhərində 32 yaşında vəfat etmiş milyonçu  Əli Banatı son mənzilə yola salmağa minlərlə minnətdar insan gəlmişdi. 29 yaşına kimi o, zəngin həyat tərzi keçirmiş, dərd və ehtiyac nə olduğunu bilməmişdi. Lakin günlərin bir günü həkimlər ona xərçəng xəstəliyinə mübtəla ol­duğunu, xəstəliyin dördüncü mərhələsində oldu­ğunu, ömrünə bir neçə ay qaldığını deyirlər. Sarsıntı keçirən gənc ömrünün qalan günlərini kasıblara yardıma həsr etməyi qərara alır. Bütün varidatını, maşınlarını, mülklərini satıb “Dünya müsəlmanlarına yardım” adlı xeyriy­yə fondu yaradır və pullarını həmin fonda köçürür. O, 100-ə yaxın ölkədə kasıblara yar­dım mərkəzləri yaradır, xəstəxanalar, məktəblər, yetimxanalar tikdirir. Su qıtlığı olan yerlərdə artezian quyuları qazdırıb əhalini içməli su ilə təmin edir.
     Bütün bunları səmimi qəlbdən edən Əli həkimlərin dedikləri 7 ay əvəzinə 3 il yaşayır. Xəstəxanada son saatlarını yaşayarkən Əli insanlara məktub ünvanlayaraq onları xeyirxah işlər görməyə səsləyir.