Karyera üçün təhsil Хабарар  |  10(315) 2017  |  SAMUR
     Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində bu adla yeni layihənin icrasına başlanılıb. “Junior Achievement Azərbaycan” İctimai Bir­liyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi gənclərin məşğulluq imkanlarının artırılması, bacarıq və şəriştələrinin, həmçinin maliyyə savadlılığı və sahibkarlıq biliklərinin təkmilləşdirilməsidir.
Burada təlimlər “Müvəffəqiyyət ba­carıqları”, “Maliyyə savadlılığı”, “Sa­hibkar ol” modulları əsasında aparılır. 
     Layihə çərçivəsində gənclərin gələcək karyeralarında uğur qazanmaları üçün peşəkar inkişaf təlimləri ilə yanaşı, karyera planlaşdırılması, marketinq, satış və digər sahələr üzrə peşəyönümlü təlimlər təşkil olunacaq.