Maaş və pensiyalar artırılacaq Хабарар  |  10(315) 2017  |  SAMUR
     Azərbaycanda minimum əmək haqqının, pensiyaların minimum məbləğinin və yaşayış minimumu həddinin tədricən artırılması nəzərdə tutulur. Bununla yanaşı əlillərə, ailə başçısını itirənlərə, sağlamlıq imkanları məhdud uşaqlara, əmək xəsarəti alan şəxslərə aylıq (və birdəfəlik borc) ödənclərin verilməsi, şəhid, müharibə əlilləri, Çernobıl əlilləri, müddətli hərbi qulluqçu və 1 yaşına qədər uşağı olan ailələrin aylıq müavinətlərinin, xalq, əməkdar fəxri ad sahiblərinin təqaüdlərinin, fərdi təqaüdlərin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
     Həmçinin Milli Qəhrəmanların, 20 yanvar və digər kateqoriyadan olan şəhid ailələrinin və müharibə əlillərinin, Prezident təqaüdünün, şəhidlərin ailə üzvlərinin, müharibə veteranlarının, uşağın doğulması və radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olan şəxslərin birdəfəlik müavinətlərinin artırılması planlaşdırılır.