Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi açıldı Хабарар  |  9(314) 2017  |  SANUR
     Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi yaradılıb. Şair Allahverdi Təkləli bölmənin rəhbəri təyin edilib.
     By barədə A.Təkləli belə deyib: «Gürcüstan Yazıçılar Birliyinin akt zalında tədbir baş tutdu. Burada Gürcüstanın baş nazirinin birinci müavini, mədəniyyət məsələləri üzrə müşaviri, Azərbaycanın bu ölkədəki səfiri iştirak edirdi. Tədbirdə bölgənin tanınmış şairlərindən də iştirak edənlər vardı. Tədbiri Gürcüstan Yazıçılar Birliyinin sədri Baqatır Arabuli açdı. O, məni yeni açılan Azərbaycan bölməsinə rəhbər təyin etdi.
     Gələcək üçün planlarımız çoxdur. Azərbaycan yazıçılarının əsərlərinin gürcü dilinə tərcüməsi məsələsi var. Eyni zamanda, burada Gürcüstan Yazıçılar Birliyi ilə müştərək ədəbi-bədii tərcümə jurnalı buraxacağıq. Jurnal Azərbaycan və gürcü dillərində çap olunacaq”.