Mənalı həyat yolu Барка  |  1(306) 2017  |   Təranə MƏMMƏDZADƏ
     Bacarıqlı insan hansı sahədə işləyirsə işləsin, mütləq öz istedad və qabiliyyətini sübut etməyə imkan və şərait tapır. Sizə haqqında danışmaq istədiyimiz, respublıkamızın adlı-sanlı kooperasiya işçilərindən biri olan Əlimurad Musayev kimi.
     Musayev Əlimurad Abubəkir oğlu 1947-ci il fevralın 3-də Qusar rayonunun Balaqusar kəndində kolxozçu ailəsində anadan olub. Balaqusar kənd orta məktəbini bitirdikdən sonra Bakı Kooperativ Texnikumunda oxuyub. Sonralar Moskva Kooperativ İnstitunda təhsilini davam etdirib. 
     Əmək fəaliyyətinə mağaza müdiri kimi başlayan Ə.Musayev hələ gənc yaşlarından savadı, peşəkarlığı, işinə məsuliyyəti, bacarığı, xüsusilə də insani keyfiyyətləri ilə seçilib. Ədalətlilik və düzgünlük onun iş və həyat prinsipi olub. 
     İşgüzar xüsusiyyətləri rayon rəhbərliyi tərəfindən qiymətləndirilərək rəhbər vəzifələrə irəli çəkilən Ə.Musayev Qusar Rayon Kooperativlər İttifaqı idarə həyətinin sədri, Qusar çörək kombinatın direktoru, Dövlət Əmlak Komitəsi Qusar rayon şöbəsinin müdiri vəzifələrində çalışıb.
     Həyatda ən böyük qazancı isə əhatəsində olan insanların, doğ­ma­larının və əzizlərinin hörmət və sevgisi olub. Əlimurad mü­əl­lim bu gün Qusar rayonunun sa­yılıb-seçilən ağ­saqqallarındandır. Ömür-gün yoldaşı Bağdat xanımla bə­rabər dörd öv­lad böyüdən bu ada­mın həyatını sək­kiz nəvəsinin, bir  nəticəsinin se­vinc­ləri daha da rövnəqləndirir.
Əlimurad müəllimi 70 yaşının tamam olması münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırıq.
 
Təranə MƏMMƏDZADƏ