Ürək köçürüləcək Хабарар  |  9(303) 2016  |  "SAMUR"
      Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi yaxın zamanda mümkün olacaq.
      Bunu Mil­li Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. O deyib ki, bu istiqamətdə işlər aparılır: “Azərbaycanda bu sahədə böyük işlər görülür. 15 il əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az şəkildə həyata keçirilirdi. Bu gün artıq ölkəmizdə qara ciyər, böyrək, müxtəlif insan toxu­malarının, gözün müxtəlif hissələrinin transplantasiyası mümkündür”